"ÜRƏYİM BİR MƏKTUB YAZMAQ İSTƏYİR"-ÇƏRKƏZ MƏCİD
edebiyyat
13-06-2024, 01:16
1008
“Həqiqət yolunda apardığım mübarizələr üçün çəkdiyim əzab-əziyyətlər saxta yollarla yüksək təriflərə, təltiflərə aparan murdar şöhrətlərdən mənə min qat əzizdir” Çərkəz Məcid
Realfakt.az xəbər verir ki, İyun ayının 11-də Bakıda, kitabevim.az-da Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, gənc tanınmış şair Elşad Baratın rəhmətlik şair Çərkəz Məcid yaradıcılığına həsr etdiyi kitabların növbəti təqdimatı keçirildi. Tədbirə tanınmış şair Mübariz Məsimoğlu aparıcılıq edib.
Bundan bir neçə gün öncə isə mərhum şairimiz Çərkəz Məcidin həyat və yaradıcılığından bəhs edən "İkinci ömür" adlı kitabının da təqdimatı keçirilib.
Rəhmətlik şair 19 mart 1937-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olub. Bədii yaradıcılığa erkən yaşlarda başlasa da, 1950-ci illərin sonlarından dövri mətbuatda öz şeirləri ilə çıxış edib. Onun poeziyasında vətənpərvərlik mövzuları başlıca yer tutur. “Ağ çiçəklər”, “İşıq telləri” adlı şeir kitabları çap olunub.
Çərkəz Məcidin (redaktoru Elşad Barat) “Ürəyim bir məktub yazmaq istəyir” adlı kitabında Xalq şairi Sabir Rüstəmxanlının rəhmətlik şair haqqında yazdığı tərcümeyi-haldan bir neçə sətir oxuyuruq:
“Çərkəz Məcid 1937-ci ilin baharında dünyaya göz açıb. Onun atası, 30-cu illərdə Qarabağ və ətraf bölglərdə müqavimət hərəkatının ən görkəmli nümayəndələrindən biri olmuş Muqdət Əbdülməcid oğlu sovet hökumətinin həyata keçirdiyi antiinsani siyasətə qarşı silahlı mübarizəyə qoşulduğuna görə ailəsi ilə məşəqqətli həyat yaşamalı olub. Muqdət Əbdülməcid oğlu ruhani ailəsində doğulub yetişdiyi üçün dinsiz, antiinsani bir rejimə qarşı savaşmağı özünə borc bilib və bu borcu yerinə yetirmək üçün əlindən gələni edib. “
Tədbirdə çıxış edənlər Çərkəz Məcid yaradıcılığndan şeirlər söyləmiş, xatirələrini bölüşmüşlər.
Kitabı oxuduqca Çərkəz Məcid yaradıcılğı ilə daha yaxından tanış olursan, ruhunda vətən sevgisinin abidəsini görürsən. Hiss edirsən ki, Çərkəz Məcid Azərbaycan torpağının düşdüyü ağır dərdləri ürəyində daşıyır.
Sərvət sənin torpağından qaynayır,
Yadlar baxır, qarasına oynayır,
Tale səni niyə didir, çeynəyir?
Qolu bağlı, dili bağlı millətim,
Talan mallı, sinə dağlı millətim.
Yadlar səni parçalayıb, didibdi,
Ov etməyə güdüm-güdüm güdübdü,
Doğma izin yad iizində itibdi,
Qolu bağlı, dili bağlı millətim,
Talan mallı, sinə dağlı millətim.
Çərkəz Məcid yaradıcılığından danışmaqla, yazmaqla bitməz. Ömrü alovlu mübarizələrdə keçmiş şair 1990-cı ildə vəfat edib. Cəmi 53 illik nəciblik, dürüstlük nümünəsi örnək olan ömürdən geriyə yaradıcılıq dolu xatirələr qalıb.
O, şairlik məharəti, vətəndaş yanğısı, milli təəssübkeşliyi, mərdliyi və cəsarəti ilə əsl vətən fədaisi idi.
Kitabların təqdimatında şairin əzizləri, qohumları, onu tanıyanlar, şairlər, yazıçılar, jurnalistlər iştirak etmişlər. Çərkəz Məcidin oğlu Əli Çərkəzoğlu tədbir iştirakçılarına və kitabların araya-ərsəyə gəlməsində Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Elşad Barata təşəkkürünu bildirib.
Elşad Baratın rəhmətlik şairin həyat və yaradıcılığından bəhs edən "İkinci ömür" adlı kitabı da maraqlı və oxunaqlıdır. Elşad Barat müasir Azərbaycan ədəbiyyatında gənc nasirlər arasında bir çox uğurlara imza atan əsl ziyalılardan biridir. Ziyalılıq eyni zamanda, başqalarına qarşı anlayışlı davranmaq bacarığındadır, qarşı tərəfə hörmət göstərərək masa arxasında təvazökar davranmaqda, ehtiyacı olan dosta doğru yol göstərməkdi ki, bu da Elşad Barat fitrətində , ruhundadır. Şairin kitabları tədbir iştirakçıarına xatirə olaraq paylanılıb.
Elşad Barata daha böyük uğurlar arzu edirik. Yolun açıq, qələmin iti olsun!
Mayisə ƏSƏDULLAQIZI
AYB və AJB-nin üzvü