Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova yeni müşavir təyin edilib. Axar.az AMB-yə istinadən xəbər verir ki, Akif Mustafa oğlu Bağırov Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bundan başqa, Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın baş direktoru vəzifəsinə gətirilib.