Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı uğurla davam edir
gundem
27-05-2024, 21:30
1924
Kitab cəmiyyətin tərbiyəsində başlıca rola oynayır. Mütaliəsi zəif kəslər fikrini ifadə etməkdə çətinlik çəkməklə yanaşı, qarşısındakına məhəlli dünyagörüşlü şəxs təsiri bağışlayır. Hər bir evin zəngin olub-olmaması mənzil sahiblərindən yəni, cəmiyyətin intellektual təbəqəsindən asılıdır.
Kitab dünyaya açılan pəncərədi. Böyük şəxsiyyətlərin həyatına nəzər saldıqda, mütaliə haqqında çox əhəmiyyətli və maraqlı faktlar meydana çıxır. Mütaliə psixoloji proses kimi komminukasiya-əlaqə fəaliyyətini mümkün edər. O da diqqətdən kənarda qalmamalıdır ki, informasiyalaşmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin bəhrəsidir. Mütaliə insanı həyata bağlayır, zehni açır, ətraf mühiti, dünyanı, bütün insanları sevdirir. Onda estetik hislər oyadır, kulturoloji hazırlıq aşılayır.
Təsadüfi deyildir ki, gözəl nitqə, zövqə, əxlaqa malik olanlarla işləmək daha asan və daha maraqlıdır.
Bu gün, mayın 27-si Elmlər Akademiyası Parkında davam edən Festivalda bir neçə qələm yoldaşlarımızı görmək məndə xoş təəssürat bağışladı.
Yazıçı-publisist, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlini təqdim etməyə ehtiyac yoxdu. Hamı tərəfindən sevilən yazıçını ədəbi ictimaiyyət daha çox Qarabağ müharibəsindən bəhs edən əsərləri ilə tanıyır. Daim ürək döyüntümüz olan Qarabağ müəllifin yaradıcılığının əsas mövzusudur. O, yaradıcılıq uğurlarına görə Həsən bəy Zərdabi, “Qızıl qələm” , Beynəlxalq Rəsul Rza və Mahmud Kaşğari mükafatlarına, habelə Şahmar Ələkbərzadə ödülünə layiq görülüb. Əsərləri ingilis, rus, fars, özbək dillərinə çevrilib, Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Zemfira xanım “ Çox kiçikdir bu dünya” nəsr nümunələrindən ibarət olan povest və hekayələrini oxucularına təqdim edib.
Südabə Sərvi Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Prezident mükafatçısıdır. O, ANS Şirkətlər qrupunun "El" jurnalının şef redaktoru olub. Azərbaycan Dövlət radiosunda, İctimai televiziyada, ssenarist-redaktor kimi vəzifələrdə çalışıb. Oxucular bu dəfə yazarın "Ağrıların kölgəsi" sənədli bədii romanı ilə tanış olublar. "Ağrıların kölgəsi" yazıçının sayca 10-cu kitabı və ilk romanıdır. Südabə xanımın "Döz görüm" adlı ilk şeirlər kitabı 2003-cü ildə çap olunub.
Sevda Səfərlinin Şuşa şəhidləri və qazilərinin şərəfli döyüş yolundan bəhs edən “Vətən sizə oğul dedi” kitabını oxucular maraqla qarşıladı. 2005-ci ildə “Xarı bülbül həsrəti” adlı ilk şeirlər kitabı çap olunub . Sevda müəllimə “Şairlər dünyanın tənha adası” , “ Dolub boşalan dünya”, “Qarabağım”, “Vətənim” , “ Zirvələrə doğru” antologiyaların redaktorudur. Şuşa “Məclisi-üns”, “Söz gülüstanı” ədəbi birliyinin üzvüdür.
Mayisə ƏSƏDULLAQIZI
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
realfakt.az