“BƏDİRLƏNMİŞ AY” KİTABININ TƏQDİMATI
gundem
9-04-2024, 17:29
1374
Ulu yurdumuzun ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən biri də poeziyamızın incisi Xurşidbanu Natəvandır. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır.
Nizami, Füzuli və Nəvai kimi nəhəng sənətkarların yüksək poetik ənənəsindən bəhrələnən Natəvan, ötən yüzillikdə Azərbaycanda yazıb-yaradan qadın şairlərin ən istedadlı nümayəndəsi olmuşdıır.
Uzun illərdi Əfşan Yusifqızı xanımı dəyərli qələm adamı kimi tanıyıram. Əfşan xanımın üzündə nur var, sanki, günəş parıltısı səpələnib çöhrəsinə. Üzə nurun gəlməsi elə-belə olmur. Saf, dostcanlı, ailəcanlı, ünsiyyətçil və mərhəmətli olmaq adama gözəl xasiyyət, görünüş bağışlayır. Bəli, məhz gözəllik bağışlayır. Bunu müşahidə etmək çətin deyil. Əfşan Yusifqızı xanım-xatun, əlində tutduğu qələminə hörmət - bu həm də onun özünə qarşı bir növ öhdəliyidi - mən deyərdim. Çox adamlar ziyalılığı müxtəlif düşüncə tərzində görürlər. Bir söz demirəm, bunun da özəl səbəbləri çoxdu. Amma ziyalılıq təkcə çoxlu biliklər toplusunda deyil, həm də digər adamları (xüsusilə dostları, yaxınları) olduğu kimi başa düşmək qabiliyyətində, onlara öz anladıqları tərzdə yanaşmağa və anlatmağa məskunlaşmış bir nəsnədir.
Bu, özünü bir çox məqamlarda büruzə verir: hörmətlə mübahisə etməkdə, başqalarına göstərişsiz, mədəni şəkildə yol göstərməkdə, məsləhət verməkdə, yaxud cəmiyyətdə (məhz göstəriş olmadan) və s...
Əfşan Yusifqızı qəlbitəmiz olmaqla bərabər, həm də məsuliyyətli, öhdəliyində olan insanların məsuliyyətini daşıyan və onlara görə cavab verməyi bacaran, düşünməyi, qərar verməyi, ədalətli olmağı bacaran, insanların dərdinə yanan, hər kəsə bərabər yanaşan ziyalıdır.
Aprelin 8-i Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda hörmətli ziyalmız , yazıçı-publisist AYB-nin üzvü Əfşan Yusifqızının Xurşidbanu Natəvan haqqında yazdığı "Bədirlənmiş ay " adlı növbəti romanının təqdimatı oldu. Təqdimat izdihamlı keçdi. Kitabın redaktoru AYB-nin üzvü, nasir Səxavət Talıblıdır. Təqdimatı yazıçı-publisist, AYB-nin üzvü, Südabə Sərvi aparırdı. Yazıçı-nasir, AYB-nin məsul işçisi Elçin Hüseyinbəyli kitab haqqında, Əfşan xanımın əsrarəngiz romanı haqqında fikirlərini bildirdi.
Söz qonaqlara verildi. Romanı oxuyan qələm adamları, nasirlər öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər. Eyni zamanda bu uzun illər ərzində Əfşan xanımın qələminin kəsərinə bələd olduqlarını da vurğuladılar. Bundan sonra daha dolğun romanlar, povestlər yazmağı tövsiyyə etdilər.
Sonda Əfşan Yusifqızı tədbir iştirakçılarına minnətdarlıq edərək, təşəkkürünü bildirib.
Biz də sayt olaraq, Əfşan Yusifqızına daha böyük uğurlar arzu edirik. Qələmin iti olsun, Əfşan xanım!
Mayisə ƏSƏDULLAQIZI