“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda” təsdiqlənib

iqtisadiyyat
5-04-2024, 11:32 792
“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda” təsdiqlənibAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nı təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Əvəzində “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 10 iyul 2012-ci il tarixli qərarı ləğv edilib.
AMB-nin Hüquq departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.