YÜZ ON İKİNCİ GÜN-QƏHRƏMANLIQ SALNAMƏSİ

gundem
10-03-2024, 01:34 1387
YÜZ ON İKİNCİ GÜN-QƏHRƏMANLIQ SALNAMƏSİÖzünəməxsus bədii duyumu olan, mövzu əhatəsinin genişliyi ilə diqqəti cəlb edən qələm adamlarından biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü, mehriban dostumuz Naibə Yusifdir.

Naibə xanım, müəllimədir. Şair, yazıçı olmaqla bərabər, gənc nəslin mənəvi aləminin memarı, eyni zamanda, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət isə ən qiymətli sərvətini – uşaqları, öz gələcəyini müəllimə etibar edir. Naibə xanımın kitabları illər öncə oxumuşam, 2021-ci ildə, isti iyul günlərindən birində o vaxtı fəaliyyət göstərən “Azərkitab” Kitab Təbliğatı Mərkəzində kitabının təqdimatında görüşmüşdük. "Tənha köç", " Zərbə", "Gülün yarpıza dönsün" kitabları oxuculara təqdim edilmişdi.
Bir də xatırladım ki, Naibə Yusif saf duyğuları ilə Vətən məhəbbətini, insanlara mərhəmət hissini, dünyanın dərdlərini , vüsalı və həsrəti, təbiətə vurğunluğu özünəməxsus ovqatla, bənzərsizlik nümunəsi ilə qələmə alan yaradıcı insanlardan biridir.




“Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.
Heydər ƏLİYEV

Yurd həsrəti, Vətən sevgisi, əbədi vətənpərvərlik mövzusu qələm adamlarının yaradıcılığında rəngarənglik təşkil edir. Onun rayihəsi oxucularda xoş duyğular oyadır, onları gələcək qələbələrə kökləyir. Yaradıcı insan inanır ki, ki, belə dərin, mənalı əsərlərlə yol yoldaşlığı edən oxucular sabahın qəhrəmanı kimi böyüyəcəklər. Yurdun müdafiəsinə həmişə hazır olacaqlar. Düşmənlə göz-gözə, döyüş meydanlarına, savaşa , hünər və cəsarətlə atılacaqlar.
9 mart 2024-cü il tarixində, Bakı şəhəri, H. Aslanov adına "Zabitlər evi"ndə yazıçı xanımın növbəti kitabının- Baş leytenant, Taborun Qərərgah rəisi, Şəhid Həsənağa Şakir oğlu Abdullazadəyə həsr etdiyi “Yüz on ikinci gün” romanının təqdimatı keçirildi. İkinci Qarabağ savaşının Qəhrəmanı, ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Həsənağa Şakir oğlu Abdullazadə (1990 - 2020) Lənkəran şəhərində doğulub, boya-başa çatmışdı. Naibə Yusif "Yüz on ikinci gün" romanında Şəhidin qəhrəmanlığını anbaan, sətirbəsətir bacarıqlı usta kimi kərpic-kərpic hörüb, ilmə-ilmə toxuyub.
Tədbirdə Şəhidin valideynləri, şəhid ailələri, yaxınları, millət vəkilləri, ictimaiyyət nümayəndələri, media nümayəndələri iştirak edirdi. Tədbirdə Dövlət Himnimiz səslənib, cəmi Şəhidlərimizin mübarək xatirəsi yad edilib.

Roman "Mücrü" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş, 216 səhifədən ibarət Qəhrəmanlıq dolu sənədli romandı.
Qələmin iti olsun, Naibə xanım!

Mayisə ƏSƏDULLAQIZI

YÜZ ON İKİNCİ GÜN-QƏHRƏMANLIQ SALNAMƏSİ



















YÜZ ON İKİNCİ GÜN-QƏHRƏMANLIQ SALNAMƏSİ

YÜZ ON İKİNCİ GÜN-QƏHRƏMANLIQ SALNAMƏSİ

YÜZ ON İKİNCİ GÜN-QƏHRƏMANLIQ SALNAMƏSİ

YÜZ ON İKİNCİ GÜN-QƏHRƏMANLIQ SALNAMƏSİ

YÜZ ON İKİNCİ GÜN-QƏHRƏMANLIQ SALNAMƏSİ