DUYĞULAR
gundem
15-02-2024, 00:54
1605
Səninlə addımladım,
Haqsızlıqlardan
Ovundurmaqçun,
Çəkdiyin acıları sənə unutdurmaqçun...
Mən səninlə addımladım,
Gecə yarı gül üstə jaləyə
Sığınmaqçun......
Əgər ürək sevərsə,
Bəhanələr onu bağlaya bilməz.
Mənim ünvanıma gələn yolları
Bəhanədən dağ da
Saxlaya bilməz.
Hisslərim ruhuma bürünüb!
Lal, dinməz gecələrdə yazı masamda
Şam olub yanıb- sönüb,
Yatağımda alov olub sürünüb!
Gözlərimi
Sevincdən, fərəhdən dolanda sildim.
Elə xoşbəxtəm ki,
Səni görəndə
Nəhayət, sevincdən ağlaya bildim!
Mayisə ƏSƏDULLAQIZI
Haqsızlıqlardan
Ovundurmaqçun,
Çəkdiyin acıları sənə unutdurmaqçun...
Mən səninlə addımladım,
Gecə yarı gül üstə jaləyə
Sığınmaqçun......
Əgər ürək sevərsə,
Bəhanələr onu bağlaya bilməz.
Mənim ünvanıma gələn yolları
Bəhanədən dağ da
Saxlaya bilməz.
Hisslərim ruhuma bürünüb!
Lal, dinməz gecələrdə yazı masamda
Şam olub yanıb- sönüb,
Yatağımda alov olub sürünüb!
Gözlərimi
Sevincdən, fərəhdən dolanda sildim.
Elə xoşbəxtəm ki,
Səni görəndə
Nəhayət, sevincdən ağlaya bildim!
Mayisə ƏSƏDULLAQIZI