Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - VİDEO
gundem
26-01-2024, 00:12
641
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, süjetdə Ermənistanda hakimiyyətin yeni konstitusiyanın qəbul edilməsi istəyinin əsas müzakirə mövzusu olmasından, yeni konstitusiyanın qəbul edilməsi ehtimalının ermənilərdə Qərbi Azərbaycanla bağlı qorxuları artırmasından bəhs olunur.
Bildirilib ki, Qərbi Azərbaycan məsələsi son dövrlər Ermənistanın daxili siyasi seqmentində iqtidar-müxalifət davasının əsas motivlərindən biridir:
“Nikol Paşinyanın yeni konstitusiyanın qəbul etmək istəyinin daxili və regional səbəbləri var. Daxili səbəblər hakimiyyətin gücləndirilməsinə hesablanıb”.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaranıb:
“Azərbaycanın Qarabağda erməni separatizmini tamamilə məhv edərək, suverenliyini bərpa etməsindən sonra Ermənistan üçün bu reallıqların dəyişdirilməsi imkanları da sıradan çıxdı. İndi Paşinyan üçün təkcə hakimiyyətini yox, həm də Ermənistanın dövlət kimi mövcudluğunu saxlamaq üçün çıxış yolu var - Azərbaycanla sülh sazişi imzalamaq, Türkiyə ilə münasibətlər qurub, sərhədləri açmaq, bütün regional kommunikasiyanı bərpa edərək Ermənistanı “dalandan” çıxarmaq. Bu prosesdə Ermənistan sülh sazişinin şərtlərini razılaşdırmalı, Qərbi Azərbaycandan qaçqın düşmüş azərbaycanlıların öz evlərinə qayıdışına təminat verməlidir”.
Diqqətə çatdırılıb ki, Ermənistan bu şərtlərlə razılaşmır, müxtəlif manevrlərlə vəziyyəti və konstitusiyanı dəyişməyə çalışır:
“Ermənistan müxalifəti isə yeni kontitusiya məsələsinə görə hakimiyyəti ittiham edir. “Ermənistan” fraksiyanın deputatı Qeqam Manukyan iddia edir ki, Paşinyan Bakı və Ankaranın istəyi ilə Ermənistanın sütunlarını dağıdır. Müxalif deputat Kristin Vardanyanın sözlərinə görə, yeni konstitusiyanın qəbul edilməsi planı Qarabağ və “erməni soyqırımı” tələbinin əsas qanundan çıxarılmasına hesablanıb. Müxalif deputat Artur Xaçatryan isə düşünür ki, Ermənistan sülh sazişini imzalamaq məqsədilə Qarabağ və “erməni soyqırımı”nın əks olunduğu mövcud konstitusiyadan imtina edirsə, daha sonra Bakının istəyinə uyğun olaraq, azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: