Təcili tibbi yardımla əlaqədar “vahid pəncərə” sistemi qurulur
sehiyye
5-01-2024, 10:18
839
Təcili tibbi yardım çağırışlarında “vahid pəncərə” sistemi tətbiq olunacaq.
APA xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Onun sözlərinə görə, təcili və təxirəsalınmaz tibbi yardımda xidmət keyfiyyətinin artırılmasında təchizatla yanaşı kadr təminatının da artırılması vacibdir.
“Urbanizasiya yüksək olan ərazilərdə tələbat daha çoxdur. Əlbəttə ki, çatışmazlıqlar da var, aradan qaldırılması üçün çalışırıq. Obyektiv və qeyri-obyektiv səbəblərdən gecikmələr də qeydə alınır. Faktlar aşkarlandıqda ölçü götürülür”, - deyə Zamirə Ədilova bildirib.
TƏBİB rəsmisi hazırda xidmətin optimallaşdırılmasının həyata keçirildiyini deyir.
“Söhbət Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətinin bir mərkəzdə - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi kimi birləşdirilməsindən gedir. “Vahid pəncərə” sistemi qurulur ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsi, təcili, təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin tətbiqinə hesablanıb”.