VƏTƏN MƏNİM BU GÜNÜM...
medeniyyet
16-12-2023, 11:53
1728
Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə....
Tofiq Bayram 1934-cü ildə dekabrın 16-da Bakının Əmircan kəndində (qədim Xilə kəndi) dünyaya gəlmişdi. Əlbəttə, torpaq, yurd sevdalı şəxsiyyətlərin harada doğulması çox xırda məsələdir. Çünki, onlar bir kəndə, bir şəhərə, bir bölgəyə sığacaq şəxsiyyətlər deyillər.
Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi , M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri , "Ulduz" jurnalı redaksiyasında , "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Yazıçı" nəşriyyatında baş redaktor müavini işləmişdir. Lope de Veqanın "Hiyləgər məşuqə" pyesini tərcümə etmişdir.
A.T. Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988)
Tofiq Bayram müxtəlif iş yerlərində çalışsa da, onun dəyişməyən əsas iş yeri yazı masası olub ki, ədəbiyyatımız, poeziyamız üçün bir-birindən dəyərli əsərlər yazıb, tərcümə ilə məşğul olub. 1998-ci ildə sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında ümummilli lider Heydər Əliyev çıxış edərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.
Çox sadə, dürüst, və heç vaxt zarafatlarından qalmayan bir şəxs idi.
Əminliklə demək olar ki, Tofiq Bayram sovet dövründə millətçi və vətənpərvər ruhda ən güclü şeirləri yazmış şairlər sırasındadır. Tofiq Bayram bu mövzuda sözünü birbaşa deyən, heç kəsdən çəkinməyən, “baltanı kökündən vuran” şairlərdəndir.
Tofiq Bayram Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi idi. Çox sevinirəm ki, belə vətənpərvər, sözü şax deyən insanı tanımşıq, Əmircan kəndində dünyaya gəlib, boya-başa çatmışam.
Şair 1991-ci il aprelin 19-də vəfat edib. Bakının Əmircan kəndində dəfn olunub.
Allah rəhmət eləsin. Ruhu şad olsun.
Mayisə ƏSƏDULLAQIZI