XİLASKARLARA MİNNƏTDARAM
sehiyye
7-11-2023, 13:09
1158
Qədimdən ta bu günə qədər loğman, həkim, cərrah adının mənası həmişə məsuliyyətli, məsuliyyətli olduğu qədər də şərəfli və vicdan tələb edən bir sənət sahəsi olub. Yaşamağa ümidlərini itirmiş insanların möcüzəli əllərə, xoş sözlərə ehtiyacları olan sənət sahiblərinə-həkimlərə həmişə ümidləri olub. Yaşamağa ümidlərini artırmaq, xoş bir sözlə könüllərini ovutmaq...Xəstələri düzgün müayinə aparıb, düzgün diaqnoz qoymaq isə həkimin müsbət cəhətidir. İşini vicdanla , məsuliyyətlə yerinə yetirən həkimlərin qapısını döyənlər isə həmişə çox olur.
Həkimlik, cərrahlıq bir sənət olmaqla yanaşı, həm də məsuliyyətli bir elmdir. Xəstəyə ikinci həyat bəxş etmək deməkdir, onu ümidsizlikdən, ümid işığına çıxarmaq deməkdir, əzizlərini, dostlarını sevindirmək deməkdir. Həkimlik peşəsini seçmiş şəxs, öncə insanı sevməli, xəstə arxasında, ilk növbədə, insanı görməli və şəfqətini əsirgəməməlidi. Həkimin peşə fəaliyyətinin strukturunda onun motivləri, məqsəd və vasitələri durur. Peşə fəaliyyətinin motivləri peşənin səmərəliliyini şərtləndirir, məqsədi peşə fəaliyyətində əldə etmək istədiyi nəticə ilə bağlıdır, vasitələr isə peşəsini həyata keçirərkən istifadə etdiyi yol və üsullardır.
Noyabrın ayının 3-ü tarixində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Mehdiyev Zahid Əli oğlu, Neftçilər Xəstəxanasında, Uralogya şöbəsində əməliyyat olundu. Həkimlərindən, tibb personalından elə razılıq edirdi ki... Həkimlərindən razılıq edərkən, çöhrəsi gülürdü Zahid müəllimin. Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Elə qədimdən bu günə qədər savadlı, bacarlıqı, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə “xalqın xilaskarı” demişlər. İşini mükəmməl bilicisi olan həkimləri isə, mütərəqqi adamlar loğmanla müqayisə etmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Bizim borcumuz sayt olaraq, Neftçilər xəstəxanasının Urologiya şöbəsində əməliyyat olub sağalmış Mehdiyev Zahid Əli oğlunun təşəkkürünü həmin xəstəxanın həkim kollektivinə ünvanlamaqdır.
Zahid müəllim xəstəxanın həkimləri Anar Almazxanlı, Qara Rüstəmov və tibb bacılarına dərin münnətdarlığını bildirir. İşiniz həmişə uğurlu olsun, əziz həkimlər. Xəstələrinizə şəfa diləyirik!
Mayisə ƏSƏDULLAQIZI