Mərdəkanlı ağsaqqal açıq-saçıq geyimdə gəzən gənclərdən danışdı - VİDEO

gundem
11-10-2023, 21:29 998
Mərdəkanlı ağsaqqal açıq-saçıq geyimdə gəzən gənclərdən danışdı - VİDEO Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Budəfəki buraxılışda Mərdəkan sakini Rafiq Mirzəyev köhnə adətlərdən danışıb.

Bakılı ağsaqqal indiki gənclərin geyim tərzindən gileylənib:
“Metroda bir də görürsən, kişi oturub, dizləri görünür. O vaxtkı abır-həya qalmayıb. Mərdəkanda başıaçıq gəzən bir nəfər var idi. Heç kəs papaqsız gəzmirdi”.
R.Mirzəyev ailə münasibətlərindən danışarkən həyat yoldaşı ilə evliliyini nümunə çəkib:
“51 il birlikdə yaşamışıq, bir dəfə də problem yaşamamışıq. Dörd ildir vəfat edib, hələ də şəkli telefonumdadır. Hər səhər oyanan kimi birinci ona baxıram”.

Ətraflı süjetdə: