DAHA MƏZAR QAZMAYIN
gundem
30-09-2023, 00:24
2636
Nur üzlü əsgər oğul,
Dosta məzar qazanda,
Göz yaşın daş oldumu,
Ürəyin sızlayanda,
Dərdə sirdaş oldumu?
Sənin nə yaşndı ki,
Alıb qış ürəyini,
Gənc ikən gözü yaşlı
Dəlib daş ürəyini.
Qazdığın o məzarı
Naxış kimi hörmüsən,
Sığalladın kənarın,
Qanlı savaş görmüsən.
Bu zülüm nə yazıydı,
Ürək qanlı yaş ağlar,
Yaşları da azıydı,
Yaralar qaysaq bağlar.
Bayaqdan hey baxıram,
Ömrə güvən yox imiş.
Bir ömrün siyahları
Bəyazından çox imiş...
Şəhid dostun nəşinin
Ağrısını daşıdın,
Bu gənc yaşında əsgər,
Yüz il ömür yaşadın.
Arzum budur ay əsgər,
Kimsə məzar qazmasın,
Şəhidlərin yerinə
Qoy analar uzansın.
Mayisə ƏSƏDULLAQIZI