DƏNİZ DEDİ MƏNİ YARALA BİR AZ...
gundem
6-09-2023, 10:58
5447
Dəniz dedi məni yarala bir az,
Sinəni köynəkdən arala bir az ,
Ləpələr canını öpsün bu gecə,
Qumaş qumda haray qopsun bu gecə.
Ləpəli dalğaya elə vurul ki,
Tez gəl, qucaqlaşaq, elə yorul ki,
Sevişək, damcılar üzünə yağsın,
İpək qumaşıları qoynuna yığsın.
Nəqafil qonaqsan, gəldi növrağın,
Bir əfsanəsisən bağçanın, bağın.
Saçını ləpəyə bağla sirr kimi,
Bu qəfil sevgini saxla sirr kimi...
Saçların ipəkdi, qulac-qulacdı,
Ömür bir küləkdi, yol dolanbacdı.
Dəniz sevənlərə şirin nağılmış,
Göydən düşən alma bəs kimə qalmış?
... Dəniz dedi məni yarala bir az,
Sinəni köynəkdən arala bir az ...
********************
DÜNYA HƏMİN DÜNYADI
Bilirsiniz, necə çətindi
Dünyasını dəyişən insanın
Telefon nömrəsindən
Gələn zəngi eşitmək?!
Bilirsiniz, necə əzabdı,
Səs yazılarını dinləmək?
Gecələri səhərədək
Diz-dizə oturanları,
Fikir, düşüncə ortaqları
Bilirsiniz, necə zülümdü itirmək?
İndi birtəhərəm,
Qəlbi qırıq, qəhərəm.
Sağalmayacağını bilə-bilə,
Məcbur olub, aldadırdım onu.
Deyirdim ki, sağalacaqsan,
Yenidən doğulacasan.
Bu hiss yaşayır içimdə,
Olacaqsan əvvəlki biçimdə.
O da, inanırdı...
Kənarda doyunca ağlayırdım.
Qəlbimə daş bağlayırdım.
Nə olar, bir durna ol,
Dön geri,
Sevindir Göyü, Yeri...
Gəl, dünya həmin dünyadı,
Eşit bu fəryadı...
Mayisə ƏSƏDULLAQIZI
Sinəni köynəkdən arala bir az ,
Ləpələr canını öpsün bu gecə,
Qumaş qumda haray qopsun bu gecə.
Ləpəli dalğaya elə vurul ki,
Tez gəl, qucaqlaşaq, elə yorul ki,
Sevişək, damcılar üzünə yağsın,
İpək qumaşıları qoynuna yığsın.
Nəqafil qonaqsan, gəldi növrağın,
Bir əfsanəsisən bağçanın, bağın.
Saçını ləpəyə bağla sirr kimi,
Bu qəfil sevgini saxla sirr kimi...
Saçların ipəkdi, qulac-qulacdı,
Ömür bir küləkdi, yol dolanbacdı.
Dəniz sevənlərə şirin nağılmış,
Göydən düşən alma bəs kimə qalmış?
... Dəniz dedi məni yarala bir az,
Sinəni köynəkdən arala bir az ...
********************
DÜNYA HƏMİN DÜNYADI
Bilirsiniz, necə çətindi
Dünyasını dəyişən insanın
Telefon nömrəsindən
Gələn zəngi eşitmək?!
Bilirsiniz, necə əzabdı,
Səs yazılarını dinləmək?
Gecələri səhərədək
Diz-dizə oturanları,
Fikir, düşüncə ortaqları
Bilirsiniz, necə zülümdü itirmək?
İndi birtəhərəm,
Qəlbi qırıq, qəhərəm.
Sağalmayacağını bilə-bilə,
Məcbur olub, aldadırdım onu.
Deyirdim ki, sağalacaqsan,
Yenidən doğulacasan.
Bu hiss yaşayır içimdə,
Olacaqsan əvvəlki biçimdə.
O da, inanırdı...
Kənarda doyunca ağlayırdım.
Qəlbimə daş bağlayırdım.
Nə olar, bir durna ol,
Dön geri,
Sevindir Göyü, Yeri...
Gəl, dünya həmin dünyadı,
Eşit bu fəryadı...
Mayisə ƏSƏDULLAQIZI