XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ OLAN İNSANLARA DƏYƏR VERİLMƏLİDİR

yazarlar
11-09-2015, 13:27 1258
XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ OLAN İNSANLARA DƏYƏR VERİLMƏLİDİR “Səxavətlilər cənnətdədir və mən də buna zaminəm” (həz. Məhəmməd ə.s.)
Əliaçıqlıq, pul və malını İslamın əmr və tövsiyə etdiyixeyirli və yaxşı işlərə sərf edib, onlardan mənəvi ləzzət almaq səxavət və comərdlik adlanır. Həz. Məhəmməd deyib ki, comərdin yeməyi şəfa, xəsisinki isə xəstəlikdir. Əgər namaz qılmaqşəxsi ibadət kimibəndənin Rəbb əmrini yerinə yetirmək vəzifəsidirsə, səxavətlilik isə həm özünün və yoxsulun axirətini dünyaya satmamaq, həm də qəlbdə məskənləşən Rəbbin rizasına nail olmaqdır.
Səxavətlidən fərqli olaraq, Allah xəsisləri və ifrata varıb israf edənləri sevmir. Xəsislik, pul və malını xərcləməmək üçün hər cür sıxıntı və əzaba qatlaşmaq, pul və mal düşkünü olmaq deməkdir. Müfəssirlərə görə, xəsisin üç əlaməti var: onlar aclıqdan qorxar və həmişə nə yeyəcəkləri barədə düşünərlər; onlardan bir şey istədikdə kasıb olacaqlarından qorxub verməzlər; yaxşılıq edənlərə daxilən düşmən kəsilərlər.
Haşiyə: Yoxsulun biri həz. Əliyə söylədi ki, dörd gündür acdır. Həz. Əli xidmətçisinə tapşırdı ki, yoxsulu yedizdirsin. Xidmətçi ərzağın dəvənin üstündə olduğunu söylədi. Buna müqabil həzrət buyurdu: “Ərzağı dəvə ilə birlikdə yoxsula ver”. Xidmətçi deyir: “Üstündə ərzaq olan dəvə başqa dəvələrə bağlanıb” Həz. Əli əmr edir: “Bir-birinə bağlanan bütün dəvələri ərzaqla birlikdə ver”. Qərarın belə olacağını ağlına gətirməyən xidmətçi təəccüb və çaşqınlıq içində dəvələrin bağlandığı ipi yerə atır. Həz. Əli ondan qorxmasının səbəbini soruşduqda xidmətçi söyləyir: “Ey əmirəlmöminin! Siz comərdlik dünyasının mədənisiz. Düşündüm ki, əgər dəvələrin kəndiri əlimdə qalarsa, dəvələrlə birlikdə məni də yoxsula verəcəksiniz. Mən isə sizdən ayrıla bilmərəm”.
Təəssüflər olsun ki, comərdlərin səxavətindən faydalanan yoxsulların bir çoxu naşükürdür, nökərlərin də çoxu çəkdiyimiz misaldakından fərqli olaraq comərd ağalarına sədaqətli deyillər. İstər öz başımıza gələn, istərsə də ətrafda baş verən belə nümunələri çox xatırlaya bilərik. Müasirimiz olan Mehman bəy də səxavəti hüdudsuz olan comərd insanlardandır. Di gəl, onun səxavətindən, xeyirxahlığından geninə-boluna yararlanıb sonra nankorluq edənlər, daha çox, həm də davamlı faydalanmaq üçün hətta arxasınca söz gəzdirənlər, zərbə vuranlar da az deyildir.
Məlumdur ki, ləyaqət insanın özünə, şərəf isə cəmiyyətin ona verdiyi qiymətdir. Səxavət isə şərəf və ləyaqəti qoruyan sifətdir. Bu baxımdansəxavətliu, imanlı bəndənin təmənnasız verimliyi, ehsanı, sədəqəsi cəmiyyət içərisində onun kiçik xətalarını ört-basdır edər və onun şərəfinə kölgə salmaz. Mehman bəyin verdiyi tikəni udar-udmaz daha artiq loxma qoparmaq üçün onun işində-gücündə kiçik nöqsanları arayıb-axtarıb bədxahlarıa ötürən nankorlar da vardır. Onlar Mehman bəyin qoltuğunun altına sığındıqları vaxt kişilikdən dəm vurub, bu xeyirxah şəxsin hansı fəzil insani xüsusiyyətləri yüksək dəyərləndirdiyini yaxşı-yaxşı öyrənib “kişi rolu”na giriblərmiş demə. Ancaq belələrinin iç üzləri çox keçmədən açılır, maskaları yırtılır, əsl simaları görünür.
Ali məktəbi bitirəndən sonra doğma elimə qayıdanda anamdan eşitdiyim ilk nəsihət bu oldu: “Qızım, çörək Qurandan əvvəl gəlib. Onu halallıqla kəs, çörək itirən olma”. Həmin nəsihət o vaxtdan qulağımda sırğa kimi qaldı. Həmişə əməl etməyə çalışdım və düşünürəm ki, həmişə də nail oldum. Nankorlara, çörək ititrənlərə, xeyirxahına arxadan zərbə vuranlara qarşı barışmaz mövqedə durdum.
Mən Mehman bəyi uzun müddətdi iş adamı olaraq tanıyıram. Bu insanın nəcibliyi, səxavəti, təmiz əxlaqı, onu tanıyanlara onun haqqında yazılan şərə, böhtana, şantaja inanmamağa çağırır. Belə ki, bu günlər bir çox saytlar öz gündəmini ancaq Mehman bəyə şər-böhtan atmaqla saxlayırlar. Kazinolar kralı adlandırdıqları bu şəxsi böhtanla-şərlə ləkələmək saytların oxucu kütləsini artırmaqdan başqa bir məsələyə xidmət etmir.
Görəsən saytlarda yazılan bu böhtan xarakterli xəbərlər onların rəhbərlərinə nə verir? Bir imkansız həmkarımız sayt rəhbərlərinin qapısını hər hansısa bir ümidlə döysə nəticəsi uğurlu alınarmı?
Uzun müddət mətbuat aləmində olduğum üçün media və mətbuatı bütün “incəlik”lərini, kimlərin nəyə maraq etdiyini, məqsəd və məramın “nə” olduğunu uşaq kimi əzbər bilirəm. Mehman bəy haqqında yazılan bu şər və böhtan yazıları güc strukturları oxumurlarmı? Kazino qumar oyunlarının olmasını Daxili İşlər Nazirliyi bilib tədbir görmürmü?
Bəs onda bunları bilən, yazan sayt rəhbərləri də məramlarının nə olduğunu açıqlamırlar... Birdə Mehman bəyin adının birdən-birə hallanmağı bəzi nankor, nakişi özlərini üzdə “dost” adlandırdığı alçaq adamların fəaliyyəti sahəsində olduğunu şahidi oluram. Bütün cəmiyyət belələrinə qarşı mübarizə apaarmalı, ən azından qınamalıdır. Çünki bu üzdəniraqlara dözümlülük göstərəndə həm özlərindən razı qalaraq daha bedtər bəd niyyətlərini gerçəkləşdirməyə cəhd edirlər. Belələrinin cəzasız qaldıqlarını müşahidə edən, nəyin yaxşı, nəyin pis olduğunu ayırd etmçəyə yaşı çatmayan uşaq və yeniyetmələr, gənc nəsil isə olduqca pis örnək götürə bilər. Onlardan maddi və mənəvi ziyan görən xeyirxah adamlar isə cəmiyyətdən bu mmüstəvidə dəstək görmədiklərindən təklənib əlləri işdən soyuyur, yaşayıb-yaratdıqları mühitlə konflikt nəticəsində Vətəndən perik düşür, hətta hicrət edir, sərmayələrini də üz tutduqları qürbət ölkənin iqtisadiyyatlarına yatırırlar. Mehman müəllimin bu aqibəti yaşamasını istəməzdik. Nədən ki, naümid qaytarmadığı füqəranın çörəyi kəsilər, məşğulluğunu təmin etdiyi ailə başçıları işsiz qalar. Necə deyərlər,burnunun ucu göynədiyi Qərbi Azərbaycan həsrətindəykən, ləyhaqətli vətəndaşı olduğu ölkədə yadlaşan əxlaqlı, özgələşən düşüncəli, düşgün, cılız adamların əhatəsində olmaq elə qürbətdən də pisdir. Həmkarlarıma bir söz demək istərdim: vəzifəsindən həyatda tutduğu mövqeyindən asılı olmayaraq əsl insan, kişi olmaq hər kəsə nəsib olmur. Səxavətlilik, ləyaqətlilik hər kişinin işi deyil. Mehman çətin zamanda insana əl tutmaqı bacaran, dost qardaş olaraq arxada dayaq təkin duran oğullardan biridir.
Onun kimil xeyirxahlıq ənənəsini yaşadanlara dəstək verməliyik.
Könül