NUR ÜZLÜ ŞƏHİDİMİZ TƏRLAN EYNYEV

gundem
20-05-2022, 17:38 1298
NUR ÜZLÜ ŞƏHİDİMİZ TƏRLAN EYNYEVBu gün Şüvəlan qəsəbəsində nur üzlü şəhidimiz Eyniyev Tərlan Gölişad oğlunun məzarını və ailəsini ziyarət etməklə layihəmizin nəzərdə tutulmuş hissəsini tamamladıq.

Daha bir şərəfli olduğu qədər də insanın içini göynədən həyat hekayəsini araşdırmaq və şəhid ata-anasının göz yaşları ilə yoğrulan xatirələrini dinləməklə, Yardımlı şəhidləri barədə yazdığımız kitabın həyata vəsiqə almasına bir addım daha yaxınlaşdıq. Şəhidimizin valideynləri məni Tərlanın böyük arzularla özünə tikdiyi, ancaq bircə dəfə də olsun qapısını açıb içəri girmədiyi evində qarşıladılar. Tərlan nişanlı idi, onun şəhadətindən sonra qız evindən qaytarılan nişan paltarları ilə qarşı-qarşıya dayananda ürək lazım idi dözsün, o da xəstə ürək ola...Şəhid ata-analarından hər evdə eşitdiyim giley-güzarla burada da üz-üzə qaldım. Bir az da inad və əmrlə.
Gölişad müəllim kamera qarşısında söz demək istədiyini və bu videonu paylaşmasam heç bir yazı yazmayacağımı təkidlə tələb etdi. Bu günə qədər Yardımlıdan bir nəfər də olsun məsul şəxsin onun qapısını açmaması əlbəttə böyük səhvdir. Qalan arzuların isə yaxın vaxtlarda həllini tapacağına ümid edirik.

Zahir MƏLİKLİ

NUR ÜZLÜ ŞƏHİDİMİZ TƏRLAN EYNYEV
NUR ÜZLÜ ŞƏHİDİMİZ TƏRLAN EYNYEV




















Mayisə ƏSƏDULLAQIZI