Əfv Komissiyasının növbəti iclasının vaxtı bilindi - YENİLƏNİB

gundem
14-05-2022, 20:29 748
Əfv Komissiyasının növbəti iclasının vaxtı bilindi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Oxu.Az-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, bu gün 100-dən artıq müraciətə baxılıb:
“Bu günə qədər 400-dən artıq müraciətə baxılıb. Növbəti iclas isə gələn həftənin dördüncü günü - mayın 19-nə planlaşdırılır”.

11:17

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
APA xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının 28 May - Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir. İndiyə qədər komissiya 300-dən artıq müraciətə baxıb.