Azərbaycanda “TURKOVAC”ın 3-cü doza sınaqları üçün hazırlıqlar başa çatıb

sehiyye
3-03-2022, 08:29 905
Azərbaycanda “TURKOVAC”ın 3-cü doza sınaqları üçün hazırlıqlar başa çatıb“Azərbaycanda “TURKOVAC”ın 3-cü doza sınaqları üçün hazırlıqlar başa çatıb”.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, yaxın günlərdə ölkəmizdə vaksinin tətbiq olunmasına başlanılacaq.
“Bu baxımdan heç bir problem yoxdur. Keçən həftə bütün xəstəxanalarımızda “TURKOVAC” tətbiq etməyə başladıq. Hazırda “TURKOVAC” peyvəndinin sayı bir milyonu ötüb və istehsal günü-gündən artır. Düşünürəm ki, 2 ay ərzində asanlıqla aylıq 1-1,5 milyona çatacağıq”, - Koca əlavə edib.