QƏRƏNFİLLƏR YATAĞI

gundem
20-01-2022, 15:29 2335
QƏRƏNFİLLƏR YATAĞIDostum, səni and verirəm o Allaha,
İndiyədək çəkdiyimiz o əzaba.
Batdığımız o günaha!
Şəhidlərin şeirinə “gözəl”- demə,
O şeirdə uzun qəflət yuxusu var,
Qərənfillər yatağında,
Şəhidlərin,
Nakam qalmış otağında,
Qan, qərənfil qoxusu var!!
O vaxtdan, ta bu vaxtacan,
Neçə şeirim, yazım öldü,
Neçə qışım, yazım öldü!
Düşmənlər min hiylə ilə,
İgid canları aldılar,
Torpağı dərdə saldılar.
...Şəhidlərin şeirinə “gözəl”- demə,
O şeirdə uzun qəflət yuxusu var,
Qərənfillər yatağında,
Şəhidlərin,
Nakam qalmış otağında,
Laxtalı qan qoxusu var!

Cəmi şəhidlərimizin ruhları qarşısında baş əyirəm!
Mayisə ƏSƏDULLAQIZI