Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşdı

iqtisadiyyat
18-01-2022, 12:43 614
Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşdıAzərbaycan neftinin qiyməti 90 ABŞ dollarına yaxınlaşıb.

Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,72 ABŞ dolları və ya 0,81 faiz artıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 89,84 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub.

2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.