BDU-nun səkkiz fakültəsinə yeni dekan seçildi - SİYAHI

tehsil
18-01-2022, 12:40 900
BDU-nun səkkiz fakültəsinə yeni dekan seçildi - SİYAHIBakı Dövlət Universitetinin səkkiz fakültəsinə yeni dekan seçilib.
“Report” onların siyahısını əldə edib.


Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov - Geologiya fakültəsinin, Ələmdar Bayramov - Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova - Biologiya fakültəsinin, Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov - Tarix fakültəsinin, Bəxtiyar Paşayev - Fizika fakültəsinin, Elçin Məmmədov - Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.