Hulusi Akar: “Önəmli məsələ Azərbaycan Prezidentinin uzatdığı sülh əlini tutmaqdır”

gundem
4-01-2022, 10:02 1250
Hulusi Akar: “Önəmli məsələ Azərbaycan Prezidentinin uzatdığı sülh əlini tutmaqdır”“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq”.
Bunu “Hürriyyət” qəzetinə müsahibəsində Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.


Nazir qeyd edib ki, hazırda ən vacib hədəf Qafqazda sabitliyin təmin edilməsidir.
“Arzumuz budur ki, Qafqazda sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı məsələlərin həll olunacağına inanırıq”, - deyə Akar vurğulayıb.

Mənbə: hurriyyet.com.tr