Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə zəng etdi

gundem
1-12-2021, 19:58 1273
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə zəng etdiTürkiyə milli müdafiə naziri Hulusu Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov və DSX rəisi general-polkovnik Elçin Quliyevlə telefonla danışıb.

O, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə bağlı şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Nazir Azərbaycan xalqına başsağlığı verib, şəhid ailələrinə səbir diləyib.

Mənbə: TRT Haber