Türkiyənin Bursa şəhərinin şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edəcək - FOTO

gundem
20-11-2021, 10:24 532
Türkiyənin Bursa şəhərinin şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edəcək - FOTOAzərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Bursa şəhərinə səfər edib.
“Report” xəbər verir ki, R.Məmmədov və Bursa bələdiyyəsinin sədri Alinur Aktaş, eləcə də şəhər Şurasının sədri Şevket Orhan arasında görüş keçirilib. Görüşdə mədəni və iqtisadi əlaqələr barədə fikir mübadiləsi aparılıb, səfirə Bursada təhsil alan azərbaycanlı tələbələr barədə məlumat verilib.


Görüş zamanı Şəki ilə Bursanın Osmanqazi rayonu arasında qardaşlaşma əlaqələrinin yaradılması məmnunluqla qeyd edilib. Bursa Bələdiyyəsinin sədri Alinur Aktaş şəhərin 2022-ci il üçün Türk Dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar il ərzində keçiriləcək tədbirlərə hazırlıq işləri barədə məlumat verib. “Əlavə olaraq qeyd edim ki, yerli əhalinin qaz tələbatının SOCAR tərəfindən təmin edilir və bələdiyyəmizlə SOCAR arasında əməkdaşlığın səviyyəsindən məmnunluq”, - o bildirib.
Görüşdə qarşılıqlı ticarət əlaqələrinin vəziyyəti də müzakirə olunub. Şəhərin bələdiyyə başçısı vilayətin 18 milyard ABŞ dolları həcmində ixrac potensialına sahib olduğunu bildirərək, Azərbaycana ixracın artırılmasından bəhs edib.

Bundan başqa, ikitərəfli görüşlər çərçivəsində Azərbaycan şirkətləri ilə birgə müəssisələrin yaradılması, Bursada fəaliyyət göstərən türk şirkətlərinin Azərbaycana sərmayə yatırması və bu şirkətlərin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə cəlb edilməsi istiqamətində səmərəli addımlar atılması barədə razılıq əldə olunub.


Türkiyənin Bursa şəhərinin şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edəcək - FOTO
Türkiyənin Bursa şəhərinin şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edəcək - FOTO
Türkiyənin Bursa şəhərinin şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edəcək - FOTO