Olduğunuz yerdən böyük məbləğdə dollarla gəlir əldə etmənin yolları - MÜSAHİBƏ + FOTO

iqtisadiyyat
18-11-2021, 20:40 937
Olduğunuz yerdən böyük məbləğdə dollarla gəlir əldə etmənin yolları - MÜSAHİBƏ + FOTOAzərbaycanda son bir neçə il ərzində kapital bazarlarına maraq kəskin artıb. Pandemiya dövründə birja əməliyyatlarında, xüsusilə təkrar bazarda aktivlik müşahidə olunub. Bazara çıxarılan qiymətli kağızların miqyasında da kifayət qədər artım var. Eyni tendensiya təkcə Azərbaycanda deyil, dünyada da yaşanır. Pandemiyanın davam etdiyi müddətdə insanlar olduqları yerdən qazanc əldə etmək üçün birjalara yönəldilər.

Əvvəla nəzərə almaq lazımdır ki, bu bazarda hər şey çox sürətli dəyişir. Xüsusilə indi dünya miqyasında imic sahibi olan şəxslərin sosial mediadakı çıxışlarının bazardakı vəziyyətə necə təsir etdiyi göz qabağındadır. İndi investorların əksəriyyəti texnologiya nəhənglərinə, xüsusilə “Apple”, “Google”, “Tesla”, “Amazon”, “Microsoft”, “Alibaba” kimi şirkətlərə sərmayə qoymaqda maraqlıdırlar.
Ölkəmizdə də bu kimi şirkətlərdə pay sahibi olmaq, proseduru izləmək üçün hansı alətlərdən istifadə olunduğunu aydınlaşdırmaq üçün “PAŞA Kapital” investisiya şirkətinin direktoru Ceyhun Hacıyev ilə həmsöhbət olduq.
Olduğunuz yerdən böyük məbləğdə dollarla gəlir əldə etmənin yolları - MÜSAHİBƏ + FOTOOxu.Az müsahibəni təqdim edir:
- Bu gün ölkəmizdə kapital bazarlarına maraq artıb. Hətta vətəndaşlarımız xarici şirkətlərdə səhm sahibi olmaqda daha maraqlıdırlar. Vətəndaşlarımız heç bir vasitəçi olmadan xarici şirkətdən səhm alışı necə edə bilər?
- Çox düzgün qeyd etdiniz ki, bu gün qarşı-qarşıya olduğumuz investor kütləsi artıq kapital bazarından gəlir əldə etməyi alternativ kimi görür və praktika artdıqca bu sahəyə olan investor güvəni də artır. Bu da bilavasitə yerli bazarın canlanmasına gətirib çıxarır. Xarici bazarda investisiyaya maraq həmişə olub və artmağa da davam etməkdədir. Ümumiyyətlə yerli, eləcə də xarici praktikada da birjalara çıxış investisiya - broker şirkətləri tərəfindən təmin olunur. Hazırda həm yerli, həm də xarici birjalara çıxış sadəcə investisiya şirkətləri vasitəsilə mümkündür.
- Bəs, investisiya şirkətləri bu sahədə vətəndaşa necə xidmət göstərir? Bu şirkətlər vasitəsilə vətəndaşlar hansı üsullarla səhm əldə edə bilərlər?
- Səhm əldə etməyin bir çox üsulları var. İnvestor investisiya şirkətinə müraciət etdikdə həm təklif edilən proqram təminatı ilə öz sifarişlərini icra edə, həm də sifarişlərin qəbulu və icrasını treyder komandasına həvalə edə bilər. Birinci üsulla investor özü portfelinin son vəziyyətini mütəmadi olaraq görür, müxtəlif fundamental və texniki analizləri yerinə yetirir. Bəzi investorlar isə platforma üzərindən ticarətə üstünlük vermir və sifarişlərinin peşəkar treyderlər tərəfindən icra olunmasını istəyir. Müştəri tərəfindən xarici bazar üçün xüsusi tələb olduqda treyderlər onlara ilk öncə investisiya planı təqdim edir və buna əsasən yatırım prosesini həyata keçirirlər. İnvestisiyanın bütün mərhələlərində də tam analitik və texniki dəstək təmin olunur.
- İnvestisiya şirkətləri bu istiqamətdə hansı üstünlükləri təqdim edir?
- Məsələn, şirkətimizin vasitəçilik xidməti ilə bir çox birjaya çıxış təmin edilir. Amerika və Avropanın əsas aparıcı birjalarında ticarət olunan səhmlər, eləcə də birja ticarət fondlarına investisiya imkanı verilir.
Üstünlüklərdən biri də investisiya məsləhətləri və analitika cəhətdən dəstəyin göstərilməsidir. Bir çox investor bu sahəyə yeni başladığı üçün təcrübəsi azdır və ya mövcud deyil. Buna görə də ilkin mərhələdə düzgün yönləndirilmə çox önəmlidir.
Əlavə olaraq digər bir üstünlük platforma üzərindən müştərilərin daha çox maraq göstərdiyi marja ticarətinin həyata keçirilməsidir. Marja ticarəti ilə investor vəsaitindən dəfələrlə çox məbləğdə mövqe aça bilir, beləcə gəlirlik gözləntilərini də yüksəldir. Qeyd etmək mütləqdir ki, kredit çiyni ilə ticarət nisbətən professional və bu sahədə müəyyən dərəcədə təcrübəyə malik şəxslərə tövsiyə olunur.
- Hazırda insanlarda ölkə xarici kapital bazarlarına maraq hansı səviyyədədir?
- Günümüzdə investisiya prosesinin asanlaşması və daha əlçatan olması investorlarda xarici bazara marağın artmasına səbəb olub. Digər ölkələr ilə müqayisədə ölkəmizdə investorlar xarici səhmlərlə ticarətdə bir qədər konservativdirlər. Lakin investisiya şirkətləri tərəfindən xarici bazara çıxış artdıqca, həm fiziki, həm də hüquqi şəxslər investisiya planlarında xarici bazar səhmlərinə də pay verə bilərlər. Bu proses, təbii ki, uzundur və qarşılıqlı güvən əsasında inkişaf etməlidir. Bir investisiya şirkəti kimi biz də bu sahədə əlimizdən gələn tədbirləri görürük.
- Əsasən kimlər xarici şirkətlərdə pay sahibi olmaqda maraqlıdırlar?
- Əlbəttə ki, treydinqin müsbət tərəfləri ilə yanaşı, riskli tərəfləri də həmişə mövcud olub və olacaq. Kütlə isə həmişə daha risksiz maliyyə alətlərini üstün tutur. Bunu dəyişmək bir qədər çətin və vaxt tələb edən prosesdir. Buna baxmayaraq investorların, xüsusilə də gənc nəslin nümayəndələri əllərindəki vəsaiti sərfəli istifadə etməkdə və daha riskli investisiya alətlərinə yönəltməkdə maraqlıdırlar. Qeyd etmək lazımdır ki, hazırda yerli şirkətlər tərəfindən xarici bazarda investisiyaya olan maraq artmaqdadır.
- Hansı beynəlxalq şirkətlərin səhmlərinə maraq yüksəkdir?
- “S&P 500” indeksinə daxil olan səhmlərin ticarətinə maraq yüksəkdir. Eləcə də, pandemiya dövründə sağlamlıq və əczaçılıq, dərman istehsalı kimi sektorlarda fəaliyyət göstərən səhmlərin ticarətinə maraq böyükdür. Əlavə olaraq indekslərin özünə də maraq böyükdür. Nümunə olaraq “XLK” - “S&P 500” indeksinə daxil olan texnologiya səhmlərdən ibarət fond, “VNQ” - Vanquard fondu tərəfindən təşkil olunan daşınmaz əmlaka investisiya olunan fond və ya “VYM” - Vanquard fondu tərəfindən təşkil olunan və yüksək dividend ödəyən şirkətlərin səhmlərindən ibarət birja ticarət fondlarını misal göstərmək olar.
- Bəs, siz hansı şirkətlərdə pay sahibi olmağı insanlara məsləhət görürsünüz və hansı əsaslarla?
- Səhmlərə investisiya nisbətən təcrübəli investorlara daha uyğundur və öncəki müddətdə araşdırma tələb edir. Bu minvalda Birja Ticarət Fondları (ETFs) daha uğurlu investisiya alətləri hesab oluna bilər. İndividual səhmlərdən fərqli olaraq fondlar spesifik şirkət riskinə məruz qalmır, yalnız sektorun ümumi riskini götürür. Bu o deməkdir ki, hər hansı şirkət uğursuz olsa belə fondun tərkibindəki digər şirkətlərin hesabında fonddan gəlir əldə etmək mümkün olacaq. Əlavə olaraq, bir çox birja ticarət fondları rüblük və ya aylıq tezliklərdə dividend ödənişi edir.

Pandemiya şəraitini nəzərə alaraq daha defensiv sektorlarda olan səhmlərin ticarətinə üstünlük verilə bilər. Bu sektorlar xarici bazarda və tələbdə olan dalğalanmalara baxmayaraq, stabil gəlir təklif edir. Misal olaraq, istehlak malları, səhiyyə, telekommunikasiya xidmətləri, kommunal xidmətlər kimi sahələrə aid səhmləri nümunə göstərə bilərik.


Olduğunuz yerdən böyük məbləğdə dollarla gəlir əldə etmənin yolları - MÜSAHİBƏ + FOTO