Ermənistanın iranlı çobanlara ehtiyacı var

gundem
18-11-2021, 20:29 667
Ermənistanın iranlı çobanlara ehtiyacı varİranlı çobanların Ermənistanda işə götürülməsi ilə bağlı elan verildi: “Aylıq maaş 400 dollar, ərəb dilini bilənlər üçün 500 dollar”.
“3 ildir ki, mal-qara ixracına qadağa qoyulması ilə üz-üzəyik. Bizim kənara çəkilməyimizlə, Ermənistan və Gürcüstan kimi ölkələr Fars körfəzi ölkələrinin mal-qara bazarında fəallaşıblar”.
Bu barədə İranın Heyvandarlıq Tədarükü Şurasının rəhbəri məlumat verib.


“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Mənsur Purian bu haqda bildirib:
Ermənistandan Fars körfəzi ölkələrinə mal-qara ixracı İran üzərindən həyata keçirilir və bu məsələ bizi narahat edir ki, bir vaxtlar həmin bazarlar bizim olub, təəssüf ki, yanlış ixrac siyasəti ucbatından onları itirmişik.
“İLNA”nın verdiyi xəbərə görə, Purian “bir müddətdir ictimai şəbəkələrdə erməni mal-qara istehsalçılarının ərəb dilini mükəmməl bilən iranlı çobanları işə götürməklə bağlı iş elanları yayılıb. Bu xəbəri təsdiq edirsiniz?” sualına belə cavab verib:
“Mən bu xəbəri təsdiq və ya təkzib etmək üçün həmin ölkədə iqtisadi fəaliyyətlə məşğul olan dostlarımdan soruşdum. Onlar hesab edirlər ki, Ermənistan İraq və Fars körfəzi bazarını ələ keçirmək üçün bir milyon mal-qara istehsalını qarşısına məqsəd qoyub”.
İranın Heyvandarlıq İxracatçıları Milli Assosiasiyasının sədri sözünə davam edib:
“Ermənistanda xırdabuynuzlu heyvan istehsalının həcmi yüksək və əhəmiyyətli dərəcədə böyükdür. Buna görə onlar öz istehsal imkanlarından İraq, Küveyt, Qətər, BƏƏ (İmarat), Oman və Səudiyyə Ərəbistanının böyük bazarlarını ələ keçirmək üçün istifadə edirlər”.
Onun sözlərinə görə, sözügedən ölkələrdə dişi quzulara ciddi tələbat var. Ərəblərə hələ doğmamış İran quzusu çox xoş gəlir. Ona görə də öz məhsullarının keyfiyyətini İran istehsalına yaxınlaşdırmaq üçün iranlı çobanları işə götürürlər.
Purian çobanların ərəbcə səlis danışmalı olmasının səbəbini şərh edib:

“Ərəb ölkələrindən sahibkarlar mal-qara almaq üçün Ermənistana çox gedib-gəlirlər. Dil problemi olduğuna görə onlar öz dillərini mükəmməl bilən insanlarla sövdələşməyə meyllidirlər”.