Daha bir məktəb əyani tədrisə qayıtdı

tehsil
16-11-2021, 10:50 560
Daha bir məktəb əyani tədrisə qayıtdıNoyabrın 16-dan etibarən paytaxtdakı 269 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.
Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti bu gün başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.