İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını etdi - YENİLƏNİB + VİDEO

siyaset
26-10-2021, 14:05 1036
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını etdi - YENİLƏNİB + VİDEOFüzuli Beynəlxalq Hava Limanının açılışı olub.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.


Dövlət başçıları açılışın rəmzi olan lenti kəsiblər. Daha sonra AZAL-ın prezidenti Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının simvolik açarlarını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
13:28
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.
13:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
Dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.



11:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
Onu Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər Esenboğa hava limanından yola salıblar. Səfərdə Türkiyə liderini ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.

Mənbə: “Anadolu” agentliyi


09:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. Ərdoğanın bu gəlişi onun son bir ildə Azərbaycana üçüncü səfəri olacaq. Bir günlük səfər zamanı Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdirdiyi ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı Ərdoğanın da qatılacağı mərasimlə istifadəyə veriləcək və Türkiyə lideri mərasimdə çıxış edəcək.