Misirdə istidən 61 nəfər ölüb

dunya
13-08-2015, 09:52 855
Misirdə istidən 61 nəfər ölüb Misirdə son üç gün ərzində isti hava səbəbindən azı 61 nəfər dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bu günlər ərzində havanın temperaturu 47 dərəcəyə çatıb. Ölənlərin əksəriyyəti qoca və nisbətən yaşlı insanlardır.
İstilər nəticəsində ölkədə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Paytaxt Qahirədə metro işini dayandırmalı olub.