Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı

siyaset
8-10-2021, 22:47 736
Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edib.

Bu barədə o, Atatürk Hava Limanında keçirilən 12-ci Nəqliyyat və Kommunikasiya Şurasındakı çıxışında bildirib.
“Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Qərbi Avropadan Uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər birbaşa qatar səfərini mümkün vəziyyətə gətirdik. Mərmərənin də inteqrasiya etdiyi bu xətt beynəlxalq ticarət sahəsində yeni və önəmli bir alternativ olaraq, zaman keçdikcə daha önə çıxmaqdadır”, - deyə Ərdoğan qeyd edib.