ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLAN GÖLİŞAD OĞLU EYNİYEVİN ŞƏHADƏTİNİN İLDÖNÜMÜ KEÇİRİLDİ

gundem
8-10-2021, 03:13 2310
ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLAN GÖLİŞAD OĞLU EYNİYEVİN ŞƏHADƏTİNİN İLDÖNÜMÜ KEÇİRİLDİ7 oktyabr 2021-ci il, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsinin Xüsusi Həmlə qrupunun baş çavuşu 1993-cü il təvəllüdlü şəhid Eyniyev Tərlan Gölişad oğlunun 44 günlük müharibədə şəhidlik şəhadətinin ildönümü keçirildi. Bu gün bütövləşən ölkəmizə, azad olunan torpaqlarımıza görə hamımız onlara borcluyuq...

“Dam dirək üstə durar”-deyib ulu babalarımız. Vətənin də dayağı, dirəyi Tərlan kimi şax duruşlu, şahin cüssəli qəhrəmanlar oldu.
Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Mənsub olduğu xalqa məhəbbət, mərhəmət, dayaq olmaq, sevincinə sevinib, kədərinə-kədərlənmək insanın canına ana südü ilə hopur.. Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, bağçada, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Torpaq məhəbbəti, yağı düşmənin təxribatlarına qarşı hər zaman hazırlıqlı olmaq, vətəndaş tərbiyəsinin əsasıdır. Necə ki, şəhid Tərlanın anası Əzizə xanım və atası Gölişad müəllim belə bir tərbiyəni ailədə altı uşağına qüsursuz aşılamışlar.
2020-ci il oktyabrın 4-də, Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə baş çavuş Tərlan Eyniyev böyük qəhrəmanlıq göstərmişdi. Cəbrayıl yüksəkliyi alındıqlan sonra mənfur düşmənlərimiz Tərlanı uzaq məsafədən snayper silahıyla vurmuşlar.
İldönümü mərasimində Daxili Qoşunların hərbi qulluqçuları, əsgərlər, zabitlər , şəhidin qohumları, hərbçi dostları, ailə üzvləri, döyüş yoldaşları və Xəzər rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə iştirak edən döyüş yoldaşları, zabitlər, şəhidin məzarı üstünə çiçəklər düzüb, əziz xatirəsini yad ediblər. Döyüş dostları rəhmətlik Tərlanın yaddaşlara çökən qəhrəmanlığından danışıb, misilsiz hünərini, cəsurluğunu,qorxmazlığını, mərdliyini xatırladıblar. Sonda şəhidin ruhuna dualar oxundu.
Şəhid hərbi qulluqçumuz 07.10.2020-ci il tarixdə Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Mir Mövsüm Ağa ziyarətgahı qəbiristanlığında öz vəsiyyətinə uyğun olaraq dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Tərlan Eyniyev ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin. Ruhu şad olsun. Cəmi şəhidlərimizin ruhları qarısında baş əyirik!



ŞƏHİD BAŞ ÇAVUŞ TƏRLAN GÖLİŞAD OĞLU EYNİYEVİN ŞƏHADƏTİNİN İLDÖNÜMÜ KEÇİRİLDİŞƏHİD BAŞ ÇAVUŞ TƏRLAN GÖLİŞAD OĞLU EYNİYEVİN ŞƏHADƏTİNİN İLDÖNÜMÜ KEÇİRİLDİŞƏHİD BAŞ ÇAVUŞ TƏRLAN GÖLİŞAD OĞLU EYNİYEVİN ŞƏHADƏTİNİN İLDÖNÜMÜ KEÇİRİLDİ




Mayisə ƏSƏDULLAQIZI