VƏTƏNİ ŞƏRƏFLƏNDİRƏN OĞULLAR

gundem
7-10-2021, 00:58 666
VƏTƏNİ ŞƏRƏFLƏNDİRƏN OĞULLAROktyabrın 7-si Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsinin, Xüsusi Həmlə qrupunun baş çavuşu Eyniyev Tərlan Gölişad oğlunun şəhidlik şəhadətinin birinci ildönümüdür.

Torpaqlarımızı qanı ilə damla-damla, canı ilə qarış-qarış bütövləşdirən şəhidlərimizdən biri də, İkinci Qarabağ müharibəsinin (44 günlük savaş) qəhrəmanlarından biri, Ali Baş Komandanın döyüş əmrini uzun illərdi gözləyən 1993-cü il təvəllüdlü Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsinin, Xüsusi Həmlə qrupunun baş çavuşu, Vətəni şərəfləndirəndirən oğullardan biri Eyniyev Tərlan Gölişad oğlu idi.
Baş çavuş Tərlan Gölişad oğlu Eyniyev də Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi Təyinatlısı idi.
Döyüş yoldaşları deyir ki, 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun azad olunması uğunda gedən döyüşlərdə baş çavuş Tərlan Eyniyev daha böyük qəhrəmanlıq göstərmişdi.
Cəbrayıl yüksəkliyi alındıqlan sonra, mənfur düşmənlərimiz igidimizə üzbəüz atəş aça bilmədikləri üçün, uzaq məsafədən snayper silahıyla vurmuşlar.
Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Tərlan Eyniyev ölümündən sonra ”Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Tərlan Eyniyevin ev muzeyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində özü tərəfindən tikilmiş evində yaradılmışdır. Şəhid hərbi qulluqçumuz 07.10.2020-ci il tarixdə Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Mir Mövsüm Ağa ziyarətgahı qəbirstanlığında öz vəsiyyətinə uyğun olaraq dəfn olunub.
Allah rəhmət eləsin, ruhu şad olsun. Əzizlərinə səbr diləyirik.

Vətən torpağında şərəfli iz qoyan, elin, millətin yaddaşında unudulmamaq, əbədi yaşamaq deməkdir.

Mayisə ƏSƏDULLAQIZI