“Üç qardaş - 2021” təlimində müxtəlif şəraitlərdə döyüş tapşırıqları icra edilib - VİDEO

gundem
18-09-2021, 13:08 705
“Üç qardaş - 2021” təlimində müxtəlif şəraitlərdə döyüş tapşırıqları icra edilib - VİDEOAzərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.