Pandemiya ilə əlaqədar buğda təchizatçılarına subsidiya veriləcək

iqtisadiyyat
14-09-2021, 02:31 700
Pandemiya ilə əlaqədar buğda təchizatçılarına subsidiya veriləcəkÖlkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay) üçün hesablanan faizlərə subsidiya veriləcək.

Nazirlər Kabineti bununla bağlı “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarda müvafiq dəyişikliklər edib.

Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə veriləcək.