ABŞ səfirliyi Örl Litzenberqerin Naxçıvana səfəri ilə bağlı açıqlama yayıb - FOTO

gundem
19-08-2021, 12:12 875
ABŞ səfirliyi Örl Litzenberqerin Naxçıvana səfəri ilə bağlı açıqlama yayıb - FOTOAmerika Birləşmiş Ştatları səfirliyi səfir Örl Litzenberqerin Naxçıvana səfəri ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:


“Bazar ertəsi günü səfir Litzenberger, Naxçıvan Muxtar Respublikasına ilk səfərində səmimi bir şəkildə qarşılanıb.

Səfər zamanı səfir yerli hökumət rəsmiləri, alimlər, ABŞ-ın maliyyələşdirdiyi layihələrin rəhbərləri və təqaüdçülərlə görüşüb.

O, həmçinin Naxçıvanın ən əhəmiyyətli mədəni və tarixi irsinə aid yerlərini ziyarət edib. Amerika Birləşmiş Ştatları Azərbaycanın bölgələrində yaşayan insanların böyük potensiala malik olmasına inanır. Biz ümid edirik ki, bu səfər Amerika Birləşmiş Ştatları və Naxçıvan arasında əlaqələri gücləndirəcək və daha çox naxçıvanlıları ABŞ tərəfindən təşkil olunan mübadilə və təqaüd proqramlarında iştirak etməsinə təkan verəcək”.