FHN: “Ötən sutka ərzində 40 nəfər təxliyə olunub”

sosial
23-07-2021, 14:00 704
FHN: “Ötən sutka ərzində 40 nəfər təxliyə olunub”Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış və altı köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə, ötən sutka ərzində üçü azyaşlı olmaqla yeddi nəfər, o cümlədən dənizdə qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib.

Yanğınlar zamanı 40 nəfər təxliyə olunub.