MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA

gundem
22-07-2021, 23:43 1357
MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA Realfakt.az saytı olaraq xəbər veririk ki, iyulun 22-də saat 14-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində tanınmış şair Nəcibə İlkinin “Gədəbəy qartalı” romanı və “Yarımçıq toy” povest və hekayələrindən ibarət kitabların təqdimatı keçirildi. Bu təqdimat eyni zamanda sənətkarın 60 illik yubileyinə təsadüf edir. Taninmiş şair-publisist Nəcibə İlkin (Babakişiyeva) 1961-ci il, iyulun 22-də Tərtər rayonunun Sarov kəndində dünyaya göz açıb. Moskva Texnologiya Universitetinin filologiya (dil-ədəbiyyat) fakültəsini bitirib. Bir müddət ixtisası üzrə işləyib.

Ədəbi yaradıcılığa 1978-ci ildən başlayıb. İlk şeiri 1979-cu ildə işıq üzü görüb. Sonralar respublikanın əksər mətbu orqanlarında şeir və məqalələri çap olunub. “Bir ömür uduzdum” (2004), “Qəlbimdə dil açan dünya”(2006), “İllərin o tayı gözləyir məni” (2011), “Son görüş, son zəng, son təbəssüm” (2013), “Qartal zirvədə qaldı”(2015), “Könlüm nağıl istəyir”(2016), “Sözün ölçüsü və çəkisi”(2016), “Bir şəhidin gecikmiş ömür yolu”(2018) “Yarımçıq toy” povest və hekayələr (2020) “Gədəbəy qartalı”(2020), “İki vətən qızı”(2020) kitablarının müəllifidir. “Bir yorğun yolçuyam” adlı şeir kitabı isə Təbrizdə işıq üzü görüb (2019) .
MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA Uzun sürən pandemiyadan sonra qələm adamları bir yerə toplaşıb, H.B.Zərdabinin əsasını qoyduğu “Milli Mətbuat və Jurnalistika günü” –nün 146 illiyini qeyd etdilər. H.B.Zərdabi nəşr etdiyi “Əkinçi” qəzeti, elmi-publisist və pedaqoji fəaliyyəti ilə maarifçilik ideyalarını uca məqamlara çatdırmışdı, xeyriyyəçilik hərəkatının banisi olaraq qiymətləndirilmişdir. Zərdabinin mənalı həyatı, çoxcəhətli və dolğun yaradıcılığı, geniş ictimai fəaliyyəti bütövlükdə Vətəninə,millətinə təmənnasız xidmətlərinin misilsiz nümunəsi haqqında geniş danışıldı.

Bu günədək oxuduqlarımdan belə qənaətə gəlmişəm ki, ədəbiyyat həmişə Dövlətlə, dövlətçiliklə, xalqla, millətlə bağlı ideyalar carçısı, ideyalar cəfakeşi olub.
Bizi bizdən alan ədəbiyyat təkcə söz sənəti deyil, həm də sözlə yaşayıb-yaşatmağa, sözlə istiqamətləndirməyə, sözlə məfkurə yaratmağa, mövcud məfkurəni dərinləşdirməyə qadirdir. Ədəbiyyat vətəndir, ədəbiyyat səngərdir, ədəbiyyat sehrdir, ədəbiyyat əbədiyyətdir... Hətta müharibə ədəbiyyata mövzu verir, ədəbiyyat döyüşən ordunun ruhunun, qələbə ovqatının, əzminin daşıyıcısı olur.
Nəcibə xanımla görüşə gəlmiş qələm adamları, nasirlər, publisistlər, tarixçilər, şairlər və digər sahənin mütəxəssisləri şairi təbrik edib, ürək sözlərini söylədilər. Təqdimatı giriş sözü ilə Yusif Nəğməkar açdı.
Sonra söz qonaqlara verildi. Telli Pəhnahqızı, Naibə Yusublu, Hikmət Məlikzadə, Dayandur Sevgin, Narıngül Nadir, Əlövsət Tahirli, Xuraman Camalqızı, Şəfəq Sahibli, Xalidə Nuray, Ədalət Bədirxanlı, Rəşad Tahiroğlu və digər söz-sənət sahibləri təbriklərini çatdırdılar. Canlı bağlantıya Rusiyadan Hicran Cəfərli, dəmir qapı Dərbənddən isə Zeynəb Dərbəndli qoşuldular. Yubiley böyük coşqu, ruh yüksəkliyi ilə keçdi.
MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA Nəcibə İlkin bu günədək, 400-ə yaxın kitabın redaktoru və ön söz müəllifidir. Bu xidmətlərinə görə, Kütləvi İnformasiya Vasitələrinin bir neçə fəxri diplomuna layiq görülüb. 2006-cı ildən təsis etdiyi “Azad qələm” qəzeti və “Ali Ziya”jurnalının baş redaktorudur. Dünya Türkmən Ədəbiyyatı və Yazarlar Birliyinin, İlesam Ədəbiyyat Əsəri Sahibləri məslək Birliyinin (Türkiyə) üzvüdür. 2019-cu ildə Türkiyədə nəşr olunan “Elbistan”dərgisinin redaksiyası tərəfindən Türk dünyası könül elçisi ödülü”-nə layiq görülmüşdür.
2016-cı ildə “Avropa Nəşr Mətbu Evi”-nin QIZIL MEDALI Ilə təltif edilərək, ona “ilin ən yaxşı vətənpərvər şairi” mükafatı təqdim edilmişdir.
2020-ci ildə Mərkəzi Asiyanın “YENİ AVAZ” Yazıçılar və Tarixçilər Birliyinin və “TURAN BİRLİYİ” medalı ilə mükafatlandırılıb.
2006-cı ildən AYB-nin, AJB-nin üzvüdür. Prezident mükafatçısıdır.
Ailəlidir, iki övladı və iki nəvəsi var.

Bir daha təbrik edirik, Nəcibə xanım! Sizə can sağlığı, ailə səadəti, evinizə ruzi-bərəkət, başınız üstə həmişə vətənin aydın səmasını arzu edirik!

Mayisə ƏSƏDULLAQIZI

MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA


MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA


MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA


MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA


MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA


MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA


MİLLİ MƏTBUATIMIZIN VƏ NƏCİBƏ İLKİNİN İŞIĞINDA