Koronavirusla bağlı SON STATİSTİKA

gundem
22-07-2021, 09:51 930
Koronavirusla bağlı SON STATİSTİKADünyada 192 840 803 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 4 142 679 xəstə ölüb, 175 357 704 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (35 146 476 nəfər), Hindistan (31 257 720 nəfər), Braziliya (19 474 489 nəfər), Rusiya (6 030 240 nəfər) və Fransadır (5 911 601 nəfər).

Türkiyədə 5 554 317, İranda 3 603 527, Gürcüstanda 393 360, Ermənistanda isə 227 936 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (150 705 nəfər), İran (87 837 nəfər) və Türkiyədə (50 709 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 339 062 nəfərin 4 998-i ölüb, 331 537 xəstə sağalıb.