Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər AÇIQLANDI - SİYAHI

sosial
18-07-2021, 12:20 780
Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər AÇIQLANDI - SİYAHI2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaqdır. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaqdır. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək. Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz. Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:


Rayon

Ünvan

Qeyd

Bakı şəhəri, Binəqədi rayonu

8 mkr., Cəfər Xəndan 52C

kəsim və satış


Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9

kəsim və satış


Bakı şəhəri, Xətai rayonu

Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2

kəsim və satış


Bakı şəhəri, Xəzər rayonu

Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21

kəsim və satış


Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78

kəsim və satış



Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28

kəsim və satış


Binə qəsəbəsi, Mərdəkan şosesi ("Grand" marketin yanı)

kəsim və satış


Bakı şəhəri, Qaradağ rayonu

Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMC

kəsim və satış


Bakı şəhəri, Nərimanov rayonu

"Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26

kəsim və satış


Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi

kəsim və satış


"50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi

kəsim və satış

Bakı şəhəri, Nizami rayonu


Heydər Əliyev prospekti 92, “ESE” MMC

kəsim və satış


Heydər Əliyev prospekti 92, “Bəsit” firması

kəsim və satış


M. Abbasov küçəsi, 2405-ci məhəllə

kəsim və satış


Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217

kəsim və satış


Çobanzadə küçəsi 63

kəsim və satış


Bakı şəhəri, Pirallahı rayonu

Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi

kəsim və satış


Bakı şəhəri, Sabunçu rayonu

Ramana qəsəbəsi, Şuşa küçəsi

kəsim və satış



Zabrat qəsəbəsi, Babək küçəsis

kəsim və satış


Bakı şəhəri, Səbail rayonu

Gülbala Əliyev küçəsi 20

kəsim və satış


Gəncə şəhəri

Müseyib Bağırov küçəsi

yalnız kəsim


Kəpəz rayonu, Sadıllı qəsəbəsi

yalnız kəsim


Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığı

yalnız kəsim


Lənkəran şəhəri

Lənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi)

kəsim və satış


Mingəçevir şəhəri

Ərəş küçəsi

kəsim və satış

Təbriz küçəsi

kəsim və satış



Sumqayıt şəhəri

Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A

kəsim və satış

Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMC

kəsim və satış


Şəki şəhəri

Mikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMC

yalnız kəsim


Salman Mümtaz küçəsi

yalnız satış


Şirvan şəhəri

Heydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi)

kəsim və satış


Yevlax rayonu

Aşağı Bucaq kəndi

kəsim və satış


Salahlı kəndi

kəsim və satış


Yevlax rayon, Aran qəsəbəsi

kəsim və satış


Abşeron rayonu

Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi

yalnız kəsim


Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC

kəsim və satış


Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMC

kəsim və satış


Abşeron rayonu, Məmmədli kəndi

kəsim və satış


Ağcabədi Rayonu

Xocavənd kəndi

yalnız kəsim


Aşağı Avşar kəndi

kəsim və satış


Ağdaş rayonu

Ağdaş rayonu, H. Əliyev pr. 169

yalnız kəsim


Ağdaş rayonu, Heyvan bazarı

yalnız satış


Ağstafa rayonu

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi)

kəsim və satış


Balakən rayonu

Balakən şəhəri, N. Rəfibəyli küçəsi 7

yalnız satış


Beyləqan rayonu

Şəfəq qəsəbəsi (Ziyarətgah)

kəsim və satış


Şəfəq qəsəbəsi (Ziyarətgah)

kəsim və satış


Bərdə rayonu

Qaradağlı kəndi

kəsim və satış


Biləsuvar rayonu

Biləsuvar şəhər H. Əliyev küçəsi

yalnız satış


Cəlilabad rayonu

Cəlilabad şəhəri, Qurtuluş pr-76

yalnız satış


Füzuli rayonu

Bala Bəhmənli kəndi

yalnız satış


Gədəbəy rayonu

Gədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsi

yalnız kəsim


Yenikənd kəndi

yalnız satış


Goranboy rayonu

Goranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi, Goranboy Rayon Su-Kanal İdarəsinin həyəti (Çadırtipli heyvan kəsim məntəqəsi)

kəsim və satış


Göyçay rayonu

Göyçay rayonu, Cəyirli kəndi

yalnız kəsim


Qarabaqqal kəndi, heyvan bazarı

yalnız satış


Göygöl rayonu

Göygöl şəhəri, A. Şadlinski küçəsi 1

yalnız kəsim


Qızılqaya qəsəbəsi

yalnız kəsim


Qızılca bələdiyyəsi ərazisi

kəsim və satış


Xaçmaz rayonu

Qaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMC

kəsim və satış


İsmayıllı rayonu

İsmayıllı şəhəri H. Əliyev pr. 7, "Yaşıl market" ticarət kompleksi

kəsim və satış


Qax rayonu

Qax şəhəri, İ. Dağıstanlı küçəsi 1

yalnız satış


Qazax rayonu

Qazax şəhəri, Nəriman Nərimanov küç. 72A

yalnız kəsim


Qazax şəhəri, Nəriman Nərimanov küçəsi

yalnız satış

Qəbələ rayonu

Qəbələ şəhəri, H. Əliyev pr. 9

yalnız satış

Qobustan rayonu


Qobustan şəhəri, E. Vəliyev küçəsi

kəsim və satış



Quba rayonu

Quba şəhəri, "Dəvədabanı" yaşayış massivi

kəsim və satış


Qusar rayonu

Qusar şəhəri, Çingiz Qurbanov 10A

kəsim və satış


Masallı rayonu

Masallı şəhəri, H. Aslanov küçəsi

yalnız satış


Masallı şəhəri, H. Aslanov küçəsi

yalnız satış


Neftçala rayonu

Neftçala şəhəri, M. Əsədov küçəsi

yalnız satış


Saatlı rayonu

Saatlı rayonu, Sarıcalar kəndi

kəsim və satış


Salyan rayonu

Ələt-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci km-i

yalnız kəsim


Salyan rayonu, heyvan bazarı, kəsim məntəqəsindən 3-4 km aralı

yalnız satış


Samux rayonu

Tatlı kəndi

kəsim və satış


Siyəzən rayonu

Siyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsi

kəsim və satış


Şabran rayonu

Şabran şəhəri, M. Müşviq küçəsi 7

kəsim və satış


Şamaxı rayonu

Şəhriyar qəsəbəsi, "Şirvan" ticarət kompleksi

kəsim və satış


Şəmkir rayonu

Həbibli-1 MMC, Şəmkir şəhəri, 20 yanvar küç. 35 (Çadırtipli heyvan kəsim məntəqəsi)

kəsim və satış


Tərtər rayonu

Tərtər şəhəri, Cavanşir küçəsi 84

yalnız kəsim


Tərtər şəhəri, F. Qulami küçəsi

yalnız satış


Tovuz rayonu

Tovuz şəhəri, Musa Musayev küçəsi

yalnız kəsim


Qovlar şəhəri, Vağzal küçəsi

yalnız kəsim


Tovuz rayonu, Ceyrançöl ərazisi, "Tovuz Agro" MMC

yalnız kəsim

Aşağıquşçu kəndi, heyvan bazarı

yalnız satış


Zaqatala rayonu

Aşağı Tala kəndi

yalnız kəsim

Muxax kəndi

kəsim və satış

Əliabad qəsəbəsi

kəsim və satış


Zərdab rayonu

Zərdab şəhəri, Füzuli küçəsi 17

kəsim və satış