Ərdoğan Qarabağ savaşında Azərbaycana verilən mənəvi dəstəkdən danışdı

siyaset
17-07-2021, 13:23 396
Ərdoğan Qarabağ savaşında Azərbaycana verilən mənəvi dəstəkdən danışdıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti məzunları üçün təşkil edilən mərasimə qatılıb.

“TRT Haber” bildirir ki, tədbirdə çıxış edən dövlət başçısı Qarabağ müharibəsini də yada salıb.
“Qarabağın azadlığı mübarizəsində azərbaycanlı qardaşlarımıza verdiyimiz mənəvi dəstək və sadəcə 44 günə qazanılan qələbə bir daha bütün diqqətləri üzərimizə şəkdi. İnşallah, indi digər coğrafiyalarda bizimlə birlikdə yol getmək istəyən qardaşlarımızın yanında yer almağın hazırlıqları içindəyik. Buradan açıqca bildirirəm: Bizim heç kimin torpağında, süverenliyində, birlik və bərabərliyində gözümüz yoxdur”, - deyə Ərdoğan bəyan edib.