Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda liderdir

sosial
16-07-2021, 14:39 332
Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda liderdir 14 iyul 2021-ci il tarixində untfsurvey.org interaktiv veb saytında Rəqəmsal texnologiyalar və ticarətin davamlı inkişafına dair BMT-nin 2021-ci il üçün Qlobal Tədqiqatının nəticələri dərc edilib. Azərbaycan 2019-cu ilin əvvəlki tədqiqatı ilə müqayisədə ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək nəticələr nümayiş etdirib.

Tədqiqat, “ÜTT-nin Ticarət prosedurlarının sadələşdirilməsi haqqında” Sazişi (TFA), kağızsız ticarəti və “Asiya-Sakit Okean regionunda transsərhəd kağızsız ticarət prosedurlarının sadələşdirilməsi” Sazişinə aid olan və 140-dan çox ölkə və 50 meyarı və ticarətin davamlı sadələşdirilməsi meyarlarını (Kiçik və orta sahibkarlıq müəssisələri (KOSM), kənd təsərrüfatı, qadınlar üçün) əhatə edir. 2021-ci ilin Tədqiqatına iki yeni meyar qrupu əlavə edilib: ticarətin maliyyələşdirilməsinə dəstək üzrə meyarlar və böhran dövründə ticarətə dəstək meyarları.

Tədqiqat, BMT-nin beş regional komissiyası və artan sayda qlobal və regional tərəfdaşlarla birlikdə iki ildən bir həyata keçirilir.

Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda liderdir

Ticarət prosedurlarının sadələşdirilməsinin tətbiqi üzrə ortalama dünya göstəriciləri Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında 65 % və 68,8 % təşkil edib. 2021-ci ildə Azərbaycan ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək mövqe - 86,02 % tutub. Beləliklə, ölkə rəqəmsal və davamlı ticarətə dəstək üzrə MDB (Rusiya - 84,95 %, Gürcüstan - 82,8 %, İran - 77,42 %, Ermənistan - 62,37 %) və Mərkəzi Asiya ölkələri (SPECA) arasında (Qazaxıstan - 72,04 %, Özbəkistan - 62,37 %, Qırğızıstan - 69,89%) lider mövqeyə sahib olub. ESCAP-ın Asiya və Sakit Okean regionunda ticarətin və kağızsız ticarət prosedurlarının sadələşdirilməsi üzrə Tədqiqatında Azərbaycan doqquzuncu yerdə qərarlaşıb.

Azərbaycan üçün ticarət prosedurlarının sadələşdirilməsi üzrə meyarların qiymətləndirilməsinin nəticələri aşağıdakı kimidir:

• Şəffaflıq - 100 %;
• Rəsmilik - 91,67 %;
• Rəsmi müəyyən edilmiş mexanizmlər və əməkdaşlıq - 88,89 %;
• Kağızsız ticarət - 85,19 %;
• Transsərhəd kağızsız ticarət 66,67 %.

Ümumilikdə, ölkədə ticarət prosedurlarının sadələşdirilməsi göstəricisi 2019-cu ildəki 81,72% -dən xeyli yüksəlib.

Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda liderdir

2019 və 2021-ci illər arasında ticarət prosedurlarının sadələşdirilməsi üzrə ümumi göstəricilərin müqayisəsi.

Mənbə: https://www.untfsurvey.org/economy?id=AZE

Tədqiqatın qiymətləndirilməsi 4 mümkün nəticəyə əsasən tərtib edilmişdir:

- reallaşdırılmayıb;

- planlaşdırma mərhələsindədir;

- Qismən reallaşdırılıb;

- Tamamilə həyata keçirilib.

Ticarət prosedurlarının sadələşdirilməsi üzrə Ümumi Meyarlara əlavə olaraq, Azərbaycan kağızsız ticarətin sadələşdirilməsi, KOSM-lara dəstək üzrə meyarlar və kənd təsərrüfatına dəstək üzrə meyarlar kimi alt kateqoriyalarda yüksək nəticələrlə fərqlənib.

Kağızsız ticarətə dəstək üzrə meyarlara aşağıdakı kateqoriyalar aiddir: - Avtomatlaşdırılmış Gömrük Sistemi; “Bir pəncərə” elektron sistemi; Gömrük bəyannamələrinin elektron qaydada təqdim edilməsi; Elektron ərizə və Mənşə Preferensial Sertifikatının verilməsi, eləcə də gömrük rüsumları və vergilərinin elektron ödənişləri - bunların hamısı indi Azərbaycanda maksimum ballarla “tam reallaşdırılıb”.

Kənd təsərrüfatı sahəsi və KOSM-larda prosedurların sadələşdirilməsi üzrə meyarlar ticarət prosedurlarının sadələşdirilməsi üzrə sabit meyarlar sayılır. Azərbaycanda bu ilki göstəricilərin nəticələri göstərilən kateqoriyalar üzrə 2019-cu illə müqayisədə xeyli yaxşıdır. Bu il əvvəlki ildəki üç meyarla müqayisədə dörd meyarın hamısını “tamamilə reallaşdırıb”.

Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda liderdir

KOSM sahəsində prosedurların sadələşdirilməsi meyarları baxımından, ölkə üç meyarı “tam olaraq reallaşdırmış” və ikisini də “qismən həyata keçirmişdir” ki, bu da Cədvəl 4-də qeyd edildiyi kimi 2019-cu illə müqayisədə əhəmiyyətli yüksəlişin olduğunu göstərir.

Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda liderdir

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan 2021-ci il fevralın 20-də qüvvəyə minən “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”ni imzalayan ilk ölkələrdən biri oldu.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının (RTQ) tətbiqi və davamlı inkişafı yuxarıda qeyd olunan nəticələrin əksəriyyətinin yüksəlməsinə böyük təsir göstərib.

RTQ transsərhəd elektron ticarət sahəsində ixtisaslaşan və yerli KOSM-lar, dünya üzrə xarici investorlar və müəssisələr üçün ixrac prosedurlarını sadələşdirən bir platformadır. Transsərhəd elektron ticarət sahəsində rəqəmsal infrastrukturun inkişafı üçün yaradılan RTQ, müxtəlif sektorlarda, ölkələrdə və müəssisələrdə maraqlı tərəfləri və siyasət sahələrini birləşdirərək, ölkələr arasında malların qanuni hərəkətini asanlaşdırır. RTQ Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və “AzerTelecom” ilə birlikdə dövlət-özəl tərəfdaşlığı formatında reallaşdırılıb.

RTQ qlobal miqyaslı problem olaraq qeyd edilən transsərhəd kağızsız ticarət kateqoriyasında nəticələrin yüksəlməsində Azərbaycana çox böyük dəstək oldu. 2021-ci ildə Azərbaycanın transsərhəd kağızsız ticarət göstəriciləri 50 %-dən (2019-cu ildə) 66,67 %-ə yüksəlib. Bu, Cədvəl 5-də göstərildiyi kimi ortalama dünya göstəricilərindən və region üzrə ortalama göstəricilərindən xeyli yüksəkdir.

Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda liderdir

“Dünya ölkələri ticarət üçün əlverişli mühit yaratmağa davam edir. 2019-cu ildəki son sorğudan bəri, ÜTT Sazişində ticarət prosedurlarının sadələşdirilməsi üzrə meyarların reallaşdırılması 128 ölkədə 5 faiz artıb. Ticarətin bürokratik prosedurlarının sadələşdirilməsindən başlayaraq, rəqəmsallaşma ilə yekunlaşan ticarət prosedurlarının sadələşdirilməsi səyləri transsərhəd əməliyyatları ilə əlaqəli vaxt və xərclərin ixtisar edilməsinə istiqamətlənib. Qlobal iqtisadiyyatı yaxşılaşdırmaqla yanaşı, bu, milli ticarətin rəqabət qabiliyyətinin yüksəlməsinə təsir edir və davamlı inkişafa dəstək olur”, - deyə, BMT-nin Asiya-Sakit Okean regionunda kağızsız ticarət və nəqliyyat üzrə Ekspertlər şəbəkəsində - UNNExT eksperti, “B.EST Solutions” şirkəti və “Texnologiyalar sahəsində qadınlara dəstək”- “Femmes Digitales” İctimai Birliyinin təsisçisi xanım Jana Krimpe qeyd edib.

Xanım Krimpe əlavə olaraq bildirib: “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dünyanın müxtəlif ölkələrilə transsərhəd elektron imzaların qarşılıqlı tanınması sxemlərinin həyata keçirilməsinə başlanıldı. Layihə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən digər dövlət qurumları ilə əməkdaşlıqda idarə olunur. Bu layihə çərçivəsində m-Rezidentlik, şirkətin onlayn qeydiyyatı, virtual ünvanın açılması, onlayn bank hesablarının açılması, sərbəst satış sertifikatlarının verilməsi və digər bu kimi mühüm elektron xidmətlərin geniş spektri həyata keçirilir. RTQ layihəsi sənədlər və ödənişlərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması yolu ilə beynəlxalq ixracatla əlaqəli hər şeyi sadələşdirməyə istiqamətlənməklə yanaşı bürokratiyanı da aradan qaldırır”.

“Ticarət xərclərinin azaldılması bir ölkənin regional və qlobal səviyyədə istehsal-satış zəncirlərilə inteqrasiyasına kömək edə və ya onu poza bilər. Yüksəliş və dayanıqlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi ticarətin həcminin artırılması üçün ölkələrin ən vacib sahələrdə tanınma və dəyişdirməni həyata keçirmələri çox vacibdir. Bundan əlavə, qadınlar üçün ticarət prosedurlarının sadələşdirilməsi meyarlarının işlənib hazırlanması və həyata keçirilməsi, gender bərabərliyi, bütün qız və qadınların hüquq və imkanlarının genişləndirilməsinə nail olunması üçün əlavə səylərin göstərilməsi çox vacibdir. Azərbaycanda rəqəmsal texnologiya çevrilişinə dair son islahatlar və təşəbbüslər ölkənin transsərhəd elektron ticarət sahəsində aparıcı mövqeyini gücləndirə və verilənlərin transsərhəd mübadiləsi üçün möhkəm zəmin yarada bilər”, - deyə xanım Krimpe fikrini tamamlayıb.

Tədqiqat, 2015-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının Regional Komissiyaları (UNRCs) tərəfindən UNCTAD, ICC, OECD və bir çox digər təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hal-hazırda UNRCs bəzi üzv ölkələrdən daxil olan verilənlərin yoxlanılması üzrə işləri tamamlayır. Bu işlər nəzərə alınarsa, nəticələr yaxın aylarda dərc ediləcək yekun hesabatda bir qədər dəyişdirilə bilər.