Jurnalistlər binasının komendantı saxlanılıb - RƏSMİ

arasdirma
11-06-2021, 23:14 144
Jurnalistlər binasının komendantı saxlanılıb - RƏSMİ Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.

Oxu.Az-ın əldə məlumata görə, B.İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğunun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.