Vətən müharibəsi qazisi: “Bu ay protezlə təmin olunacam” - FOTO

gundem
3-06-2021, 14:41 363
Vətən müharibəsi qazisi: “Bu ay protezlə təmin olunacam” - FOTO 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2900 hərbi qulluqçusu həlak olub. Onların sırasında 14 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. Vətən müharibəsi zamanı yaralanan qazilərimiz də var. Onlardan biri də İbrahimov Vüqar Ayaz oğludur.
Qazimiz 2000-ci ildə Göyçay rayonun Şixbəy kəndində anadan olub:
“2006-cı ildə Şixbəy kənd tam orta məktəbinə daxil olmuşam. 2018-ci ildə Ağdama hərbi xidmətə yollanmışam və 2019-cu ildə tərxis olunmuşam”.
Oxu.Az-a açıqlamasında qazimiz bildirib ki, Vətən müharibəsi başlayan zaman yenidən hərbi xidmətə yollanıb:
“Ötən ilin sentyabrın 28-də Vətən müharibəsində döyüşmək üçün Qarabağa yollandım. Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 2020-ci ilin dekabrın 13-də işğaldan azad olunan Ağdamın Şıxlar kəndi ərazisində minaya düşərək hər iki ayağımın dizdən aşağı hissəsini itirmişəm”.
V. İbrahimov qeyd edib ki, iki ay Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb:

“Həmin müddətdən sonra mənə I qrup əlillik təyin edildi. Artıq iki ayağıma protez qoyulması ilə bağlı qərar verilib. Bu ay ərzində həmin proses tamamlanacaq”.


Vətən müharibəsi qazisi: “Bu ay protezlə təmin olunacam” - FOTO
Vətən müharibəsi qazisi: “Bu ay protezlə təmin olunacam” - FOTO


Vətən müharibəsi qazisi: “Bu ay protezlə təmin olunacam” - FOTO


Vətən müharibəsi qazisi: “Bu ay protezlə təmin olunacam” - FOTO