BU DÜNYA

yazarlar
19-05-2021, 14:51 3092
BU DÜNYAMöcüzə kimidi dünya,
Duyğularım sarı simdi.
Bəzən yanar şam kimidi,
Bizən bir kainat,
Bəzən bir kənddi dünya.
Gah xeyrə,
Gah şərə
Bənddi dünya.
Zülümləri görə-görə,
Haqqı daş etdi dünya.
Ürəyim ipək kimiydi,
Ağladıb yaş etdi dünya.
Sevgi verər oynadar,
Kamandı, tardı dünya.
Düşməyəsən girdabına,
Tələdi, tordu dünya...
Gəncliyimi verdi yelə,
Bu dünya.
Qismət olsa, yenə sevəm,
Ürəyimcə deyil,
Hələ bu dünya...

Mayisə ƏSƏDULLAQIZI


BU DÜNYA