İlham Əliyev Şuşada məktəb tikintisinə vəsait ayırdı - SƏRƏNCAM

gundem
8-05-2021, 22:07 393
İlham Əliyev Şuşada məktəb tikintisinə vəsait ayırdı - SƏRƏNCAM Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılır.