Prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

gundem
28-04-2021, 02:40 1032
Prokurorluq işçilərinin maaşları iki dəfə artırılır Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişiklik layihəsinin məqsədi prokurorluq işçilərinin maddi təminatının gücləndirilməsidir. Belə ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində əlavələr alacaqlar. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Eləcə də, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi də üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanunun 20.1-ci maddəsinə dəyişiklik olunur. Dəyişikliyə əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcək.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.