Dünyaca məşhur şirkət Azərbaycanda texnoloji ilkə imza atacaq

siyaset
28-04-2021, 02:34 568
Dünyaca məşhur şirkət Azərbaycanda texnoloji ilkə imza atacaq Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı “Huawei-Azerbaijan” şirkətinin baş meneceri Qarabağda yenidən qurulacaq ərazilərdə “Ağıllı kənd” rəqəmsal texnologiyasından istifadə ediləcəyinə dair məlumat verib.

Şirkətin nümayəndəsi bildirib ki, ən son qabaqcıl texnologiyaları Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazırdırlar:
“Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəyik. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik”.
O qeyd edib ki, şirkət “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcək.