Hulusi Akar Baydenin “soyqırımı” açıqlamasına sərt reaksiya verdi

gundem
26-04-2021, 17:12 578
Hulusi Akar Baydenin “soyqırımı” açıqlamasına sərt reaksiya verdi Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ​ABŞ Prezidenti Co Baydenin erməni “soyqırımı” ilə bağlı çıxışına sərt reaksiya verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“​ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə dair “soyqırımı” ifadəsini işlətməsi tarixi həqiqətləri inkar və təhrif etməkdən başqa bir məna daşımır”, - deyə H.Akar qeyd edib.

Türkiyənin müdafiə naziri bildirib ki, bu cür siyasi bəyanatlar verməklə tarixi yenidən yazmaq mümkün deyil:

“Soyqırımı” ifadəsindən istifadə edənlər öz tarixlərinə və dünya tarixinə baxmalıdır. ABŞ rəhbərliyinin ifadəni işlətmə səbəbi etibarsızdır. 2020-ci ildə belə bir ifadə işlədilməmişdi. Bu qərarın alınması üçün nə dəyişdi? Sağlam düşüncəli ABŞ xalqı nə düşünür? Erməni xalqını artıq təmsil etməyən lobbilərin iradəsi ilə qəbul edilən bu qərarın ağıl və əxlaq baxımdan izahı yoxdur”.