Çavuşoğlu yunan nazirə həddini bildirdi - Ərdoğan

siyaset, iqtisadiyyat, gundem
16-04-2021, 15:27 583
Çavuşoğlu yunan nazirə həddini bildirdi - Ərdoğan
Yunanıstanın xarici işlər naziri Nikos Dendasi nazirimiz Mövlud Çavuşoğlu ilə görüşdən əvvəl mən qəbul etdim. Görüşümüz isti atmosferdə keçirildi.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan bildirib ki, Dendas sonra çox fərqli bir nöqtəyə gəldi. Çavuşoğlu ona həddini bildirdi. Lazımi qiymətləndirməni etməklə işi bitirmiş oldular. Türkiyə ilə Yunanıstan arasına digərlərini qatmayaq.

"Cənab Patriarxla görüşləriniz oldu, bunlar bizim üçün müsbət yanaşmalardır. Yunanıstandakı 150 min vətəndaşımıza lazımi diqqəti göstərmirsiniz. Baş müftini özünüz təyin edirsiniz. Lozannaya görə buna haqqınız yoxdur.

İndi Sensinot məclisi patriarxı seçir. Müftini də bizim oradakı imamlarımız seçməlidir. Sanki öz din adamları kimi təyinat etmək istəyirlər. Bunun düzəldilməsi lazımdır. Heç bir nəticə əldə etmədik. Təəssüf ki, bunların belə bir istəyi yoxdur".

Qeyd edək ki, dünən Ankarada keçirilən mətbuat konfransında yunan nazir “əgər Türkiyə Yunanıstanın suverenliyini pozmağa davam edərsə, bizim ittihamlarımız təkrar gündəmə gələcək" deyib. Onun bu açıqlaması etirazla qarşılanıb.