Metyu Brayza: “Ağdama səfər çox emosional olacaq” - VİDEO

gundem
12-04-2021, 13:48 67
Metyu Brayza: “Ağdama səfər çox emosional olacaq” - VİDEO “Mən Ağdamda 12-13 il əvvəl olmuşam, dağıntı və xarabalığın məni sarsıtdığını xatırlayıram”.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna yollanacaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Müharibə zamanı nələrin baş verdiyini daha yaxşı anlamaq üçün beynəlxalq mütəxəssislər qrupu ilə Ağdama yola düşürəm. 12-13 il əvvəl Ağdamda olmuşam və orada olduğum zaman dağıntı və xarabalığın məni sarsıldığımı xatırlayıram. İndi də orada vəziyyətin yaxşı olmadığını ehtimal edirəm. Bu çox emosional bir səfər olacaq”, - o bildirib.